|
|
|
|
|
|
|
|
21.06.2013 |
|
Bakı, 14 iyun (AzərTAc). İyunun 14-də Bakı Dövlət Universitetində (BDU) Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışmışdır. Ulu Öndərin müstəqil dövlətimizin yaranmasında, qorunub saxlanmasında və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində misilsiz tarixi xidmətlərini vurğulayan rektor, Ümummilli Liderimizin ideyalarının əbədi yaşayacağını bildirmişdir.
Rektor ölkəmizdə tarixi gün kimi qeyd edilən 15 iyun - Milli Qurtuluş Günü münasibətilə müəllim və tələbələri təbrik etmişdir.
Tədbirdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Milli Məclisin deputatı Musa Qasımlı və digərləri çıxış edərək 1993-cü ilin iyun günlərini xatırlatmış, sabitliyin yalnız Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra bərpa edildiyini vurğulamışlar.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuş, anarxiya və xaosun, hərc-mərcliyin qarşısı alınmış, ictimai-siyasi proseslər normal məcraya yönəldilmişdir.
Bildirilmişdir ki, Ümummilli Liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulmuşdur. Məhz onun uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Nəzərə çatdırılmışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. |
|
|
|
|
|
|
|
|
|
|