AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
21.06.2013
Bakı, 11 iyun (AzərTAc). Qarşılıqlı faydalı Azərbaycan-Belarus tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə çatmışdır. Milli Məclisin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə bu sözləri Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyinə həsr edilmiş forumda AzərTAc-a verdiyi müsahibədə söyləmişdir. Z.Səmədzadə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının fəal işləməsini qeyd edərək demişdir ki, bizdə siyasi müstəvidə hər hansı fikir ayrılıqları və həll edilməmiş məsələlər yoxdur, ticari-iqtisadi əməkdaşlıq fəal inkişaf edir. 2013-cü ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 10,3 faiz artmışdır. Azərbaycan şirkətləri Belarus müəssisələrinin daimi dilerləridir. 2012-ci ildə Azərbaycan Belarus iqtisadiyyatına təxminən 14 milyon dollar sərmayə qoymuşdur. Z.Səmədzadə demişdir: “Bu gün Azərbaycan biznesmenlərinin Belarusa marağının artmasını söyləyə bilərik. Biz investisiya layihələrinin reallaşdırılması sahəsində qarşılıqlı faydalı əməkdaşlığa hazırıq”.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır