AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
02.11.2015

"Bu gün saat 17:00 -a olan MSK-nın rəsmi məlumatına görə 23 saylı Nəsimi-Səbail seçki dairəsində seçki fəallığı 51.7 faiz olub ki, bu göstərici Respublika üzrə seşki dairələri arasında yüksək nəticələr sırasındadır. Amma təəsüf ki, bu reallıqla barışmayanlar seçkiləri kölgəyə salmağa çalışır". Bu barədə 23 saylı Nəsimi-Səbail dairəsindən deputatlığa namizəd Ziyad Səmədzadənin seçki qərargahından Modern.az saytına bildirilib.

Qeyd olunub ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 17 saylı məntəqələrində saat 10:35-da millət vəkilliyinə namizəd 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Azər Qasımlının vəkili kimi özünü təqdim edən İsmayılov Toğrul Şahinoğlu və Azər Cuma oğlu Səmədov adlı şəxslər seçicilərə səslənərək vəkili olduğu namizədə səs verməyə çağırıb.

"Məntəqə daxilində foto-çəkiliş apararaq seçki məntəqəsinin sədrinə və Seçki Komissiyasının üzvlərinə şər və böhtan ataraq seçki prosesinə mane olmaqa çalışıb.

Bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib, bundan sonra həmin şəxs məntəqədən kənarlaşdırılıb.

Bir müddət sonra həmin şəxs 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsinə gələrək eyni hərəkətləri orada etməyə cəhd göstərib.

Azər Qasımlının müşahidəçisi məntəqələrin qarşısına çıxaraq səsverməyə gələn seçicilərə Azər Qasımlıya səs verməyə çağırıb, bu isə öz növbəsində Seçki məcəlləsinin 75.2 maddəsinin kobud şəkildə pozulması deməkdir. Bundan əlavə adı çəkilən namizədin nümayəndələri Seçki Məcəlləsinə zidd bir sıra digər hərəkətlər edib.

Onu da vurğulamaq istiyirik ki, 23 saylı seçki dairəsinin bütün məntəqələri bu gün saat 19:00 qədər fəaliyyət göstərəcək və bu faktların dürüstlüyü yoxlamaq üçün məntəqələrə yaxınlaşıb xəbər almaq mümkündür".

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır