AKADEMİK ZİYAD SƏMƏDZADƏNİN 75 İLLİK YUBİLEYİNƏ
HƏSR OLUNMUŞ RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRASIN
ELANI
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 10/4№li 20 may 2015-ci il tarixli qərarı ilə akademik Ziyad Səmədzadənin 75 illik yubileyinə həsr olunmuşelmi konfransın keçirilməsi nəzərdə tutulmuşdur.
“Azərbaycanın milli iqtisadi inkişaf modeli: formalaşması və xüsusiyyətləri” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Dövlət İqtisad Universitetiilə birlikdə keçiriləcək elmi konfransin əsas tematik istiqamətləri aşağıdakılardır:
- Azərbaycanın müasir iqtisadi inkişaf modelinin formalaşması amilləri, mərhələləri və fərqləndirici cəhətləri.
- Azərbaycanda sosial-iqtisadi inkişafın müasir vəziyyəti və 2020-ci il hədəfləri
- İqtisadi sistemlərin müasir problemləri və perspektivləri
- İqtisadi inkişafın qlobal, milli və regional aspektləri
- Milli, iqtisadi və enerji təhlükəsizliyinin təminatı problelmləri.
- Maliyyə işi və bank sektorunun ikişaf perspektivləri.
- Uçot, vergi, audit işi.
- Sənaye siyasəti və aqrar iqtisadiyyat.
- Nəqliyyat, logistika və xidmətlər infrastrukturu.
- Yüksək texnologiyalar və innovasiya iqtisadiyyatının nəzəri və paraktiki məsələləri
- XXI əsrdə beynəlxalq iqtisadi əlaqələr və tranformasiya məsələləri.
Məqalənin mətni kağız daşıyıcıda və elektron versiyada olmaqla Microsoft Office Word proqramında A4 formatda, TimesNew Roman - 14 şriftində, 1,5 intervalda yığılmalı, səhifələrin bütün kənarlarında 2 sm boş sahə buraxılmalıdır. Ümumi həcmi 8 səhifədən çox olmamalıdır. Məqalələr Azərbaycan, ingilis və rus dillərində qəbul edilir.
Materialların külliyatının nəşrinin buraxılışı konfransın işinin başlanmasına qədər planlaşdırılır.
Məqalələr 1 dekabr 2015-ci il tarixinə qədər aşağıdakı elektron ünvanına göndərilməlidir.
Əlaqə telefonları: (+99412) 514-14-27,
(+99412) 566-09-60, (+99412)437-20-27
E-mail: [email protected]
|