AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
02.12.2015

Dekabr ayının 2-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə birgə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunmuş “Dünya İrsi: İçərişəhər - qədim şəhərin müasir tarixi” mövzusunda konfrans keçirilib.
Tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, ekspertlər, bir sıra dövlət orqanlarının nümayəndələri, İdarə əməkdaşları və KİV nümayəndələri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1977-ci ildə Tarix-Memarlıq Qoruğu statusu almış İçəri Şəhər, 2000-ci ilin dekabrında Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib və 15 ildir bu siyahıda layiqli yerini qoruyub saxlamaqdadır. İdarə rəisi keçən zaman ərzində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı altında İçərişəhərin unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi, mühafizəsi, bərpası, konservasiya və restavrasiya işlərinin aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, dünyada tanıdılması və beynəlxalq səviyyədə təbliğ edilməsi sahəsində görülmüş işləri xüsusi vurğulayıb. 
Təhsil naziri Mikayıl Cabbarov çıxışında ölkəmizin artıq 23 ildir ki, YUNESKO-nun tamhüquqlu üzvü olduğunu vurğulayaraq bu əməkdaşlığın abidələrin və tarixi yerlərin mühafizəsi, onların bərpası və tədqiqi sahəsində zəngin dünya təcrübəsinin öyrənilməsi üçün ölkəmizə, o cümlədən də İçərişəhərə geniş imkanlar açdığını bildirib. 2000-ci ildə İçəri Şəhərin YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilməsinin bütün dünyada ümumbəşəri bir dəyər kimi qəbul edilməsinin və yüksək qiymətləndirilməsinin əyani göstəricisi olduğunu ifadə edən Mikayıl Cabbarov son illər ərzində İçəri Şəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda həyata keçirilmiş təmir-bərpa, abadlıq, konservasiya və restavrasiya layihələrindən bəhs edib. 
Tədbirdə daha sonra çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov öz sevincini ifadə edərək tədbir iştirakçılarını, eləcə də xalqımızı bu əlamətdar hadisə münasibətilə təbrik edib. Kamran İmanov öz nitqində 2005-ci ildə mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətlərini özündə əks etdirən İdarənin yaradılması, Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, eləcə də İdarənin öz vəzifələrini yerinə yetiməyə başladıqdan sonra keçən müddət ərzində görülmüş çoxsaylı uğurlu işlərdən danışıb. 
Tədbirdə həmçinin Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, millət vəkili Ziyad Səmədzadə, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış edərək bu əlamətdar gün münasibətilə öz təbriklərini bildirib.
Tədbirin sonunda konfrans iştirakçılarının diqqətinə İçəri Şəhərin Dünya İrsi Siyahısına salınmasının 15 illiyinə həsr olunmuş film nümayiş olunub.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır