AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
02.12.2015

Dekabrın 2-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib.

İclasda komitənin sədri Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, ölkəmizin qarşısında yeni vəzifələrin, hədəflərin qoyulduğunu qeyd edib. Bildirilib ki, bu səbəbdən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin məsuliyyəti, qanunvericiliyin təkmilləşməsi istiqamətində rolu daha da artır.

İclasın gündəliyinə yeddi məsələ daxil edildiyini deyən komitə sədri bunlardan üçünün beynəlxalq sazişlər olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan və Vyetnam hökumətləri arasında hava əlaqələri haqqında, o cümlədən bu ölkə ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım barədə, həmçinin San-Marino hökuməti ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişlər ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına xidmət edir.

Bildirilib ki, gündəlikdəki digər məsələlər isə Ticarət Gəmiçiliyi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Təbii inhisarlar haqqında” və “Gömrük tarifi haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir.

Deputatların fikirləri dinlənildikdən sonra gündəlikdəki məsələlərin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır