AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
09.02.2016

Fevralın 9-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda “Lisenziyalar və icazələr haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihələri müzakirə olunub.

Komitə sədri Ziyad Səmədzadə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci və 26-cı bəndlərinə uyğun olaraq, zərərvurma təhlükəsi yaradan dempinqli və yaxud subsidiyalaşdırılan idxala, həmçinin yerli istehsal sahəsinə ciddi zərər vuran və yaxud ciddi zərərvurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyir.

Beş fəsil, 31 maddədən ibarət qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

“Lisenziyalar və icazələr haqqında” qanun layihəsi haqqında danışan Z.Səmədzadə bildirib ki, bu qanun layihəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılması, yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr verəcək. Qanun layihəsi Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı fəaliyyət növlərinin və hərəkətlərin (tədbirlərin) həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) və icazə verilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

İclasda bu qanun layihəsi ilə bağlı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov da fikirlərini bildirib. Qeyd edib ki, qanun layihəsi sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması, qaydaların təkmilləşdirilməsi məqsədilə hazırlanaraq Milli Məclisə təqdim olunub.

Nazir müavini qanun layihəsinin beynəlxalq təcrübəyə əsasən hazırlandığını söyləyib. Bildirib ki, burada predmet əsasən Azərbaycanda lisenziya və icazələr sisteminin tənzimlənməsidir. Bu qanun layihəsində yeniliklərdən biri də icazələrin hüquqi əsasının qanun şəklində formalaşdırılmasıdır.

Sonra qanun layihəsi ikinci oxunuşda müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır