AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
24.02.2016

Fevralın 24-də Caspian European Club çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin iştirakı ilə biznes-forum keçirilib.

Akademik Ziyad Səmədzadə Caspian European Clubun təşkil etdiyi biznes-forumun Azərbaycanın inkişafı və biznes mühitinin yaxşılaşmasında əhəmiyyətindən danışıb.

Vurğulanıb ki, 2016-cı ilin dövlət büdcəsinə Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən baxılıb. Neft gəlirlərinin azalmasına baxmayaraq, sosial proqramlara ayrılan vəsait artırılıb. Məsələn, dövlət büdcəsində sosial müdafiə xərclərinin 600 milyon manatdan çox artırılması nəzərdə tutulur. Sözügedən maliyyə vəsaiti ilk növbədə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, vergi daxilolmaları hesabına artacaq.

Ümumilikdə 2016-cı ilin büdcəsi respublika üçün qlobal sarsıntılar şəraitində hazırlanan ən alternativ və optimal büdcə hesab edilə bilər.

Qeyd edilib ki, dövlət səviyyəsində sahibkarlığın inkişafına böyük diqqət göstərilir və sahibkarlar üçün ən optimal şərtlərlə güzəştli kreditlər veriləcək. Bundan əlavə, 7 il ərzində ölkəyə gətirilən yeni avadanlıqlar gömrük rüsumlarından azad olunacaq. Bütövlükdə isə bu tədbirlər Azərbaycanda biznes və investisiya mühitini yaxşılaşdıracaq. Vergi Məcəlləsində dəyişikliklər edilir, şəffaflıq artır, əsassız yoxlamaların qarşısı alınır ki, bütün bunlar sahibkarlığın inkişafı istiqamətində atılan növbəti addımlardır.

Komitə sədri qeyri–neft sektorunun inkişafının vacibliyini və bu sahədə respublikamızın güclü potensiala malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, müvafiq regionlarda şərabçılıq, üzümçülük, pambıqçılıq və ipəkçilik kimi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və ixracı dövlət büdcəsinə xeyli gəlir gətirə bilər. “Azərbaycanda turizmin imkanları da çox böyükdür”, - deyən Z.Səmədzadə bildirib ki, bununla regionlarda minlərlə iş yeri yaratmaq mümkündür.

Sonda Z.Səmədzadə Caspian European Clubun Fəxri sertifikatına layiq görülüb.

Biznes-forumda Caspian European Club (Сaspian Business Club) ilə Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Həmçinin “Azmetko Kompleks Sazlama və Avtomatlaşdırma” ASC direktorlar şurasının sədri Şükür Ağazadəyə VSL Şirkətinin nümayəndələri tərəfindən yeni beynəlxalq CMC (Calibration and Measurement Capabilities - Ölçmə və Kalibrləmə İmkanları) sertifikatı təqdim edilib.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır