AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
07.04.2016

Başda dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan xalqı və Azərbaycan ordusu tərəfindən növbəti dəfə erməni təxribatı nəticəsində təmas xəttində atəşkəsin pozulması ilə bağlı düşmənə layiqli cavab verilməsi, onun geri oturdulması hamımızı sevindirir.

Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 7-də keçirilən iclasında sözügedən komitənin sədri Ziyad Səmədzadə dilə gətirib.

Azərbaycan ordusunun uğurlu hərbi əməliyatlarının hər bir kəs, bütövlükdə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyən komitə sədri bildirib ki, dövlət başçısının, ölkə rəhbərliyinin bu istiqamətdəki siyasəti də birmənalı şəkildə dəstəklənir. "Özünüz də son günlər bir daha bunun şahidisiniz. Hər gün bütün müəssisə və kollektivlərdə, təhsil ocaqlarında, bütün sahələrdə Azərbaycan dövlətinin, Azərbaycan ordusunun atdığı addımlara dəstək ifadə olunur. Hər birimiz hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, erməni qəsbkarları Azərbaycan torpaqlarından geri çəkilməlidir" - deyən, komitə sədri eyni zamanda bildirib ki, münaqişənin tənzimlənməsi ilə bağlı yenidən danışıqlar prosesi gedir, atəşkəs rejimi yenidən bərpa olunub.

"Amma bunlarla yanaşı, biz yenə də sayıqlığımızı itirməməliyik. Yenə də qeyd edirəm ki, artıq münaqişə öz həllini tapmalıdır, sülh danışıqları öz nəticəsini verməlidir, erməni işğalçıları işğala son qoymalıdır, torpaqlarımızdan birdəfəlik geri çəkilməlidir. Eşq olsun, ordumuza! Allah bütün şəhidlərimizə rəhmət etsin, onların əzizlərinə, bütövlükdə xalqımıza səbr diləyirəm" - deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır