Ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə iqtisadi islahatların dərinləşməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir.
Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 18-də keçirilən iclasında sözügedən komitənin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, elə bu məqsədlə, yəni, iqtisadi islahatların, yeni iqtisadi şəraitin tərkib hissəsi olaraq ölkə Prezidenti tərəfindən parlamentə paket şəklində 3 qanun layihəsi göndərilib.
O, bildirib ki, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və Vergi Məcəlləsinə eyni adda dəyişikliyin edilməsi təklif olunur.
Yəni, təklif olunan dəyişikliyə əsasən, müvafiq qanunlarda “tərəflərə işləyən” sözlərindən sonra “habelə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olnan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı ilin mayın 1-dən 5 il müddətinə)” sözləri əlavə edilir.
Yəni, həmin sahə daha 5 il müddətinə Əlavə Dəyər Verfisindən (ƏDV) azad olunur.
Komitə sədri çıxışını davam etdirərək deyib ki, MM, o cümlədən, sögedən komitə də ötən 3-4 ay ərzində iqtisadi və hüquqi qanunvericiliyə çoxsaylı əhəmiyyətli dəyişiklikləri nəzədə tutan qanun layihələrini müzakirə və qəbul edib.
“İslahatların tərkib hissəsi kimi ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Həm bu qurumun təşkili, həm iqtisadi islahatlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi ölkənin yeni iqtisadi mənzərəsini yaradır və bu mənzərənin ab-havası gündən-günə hiss olunur.
Bir sözlə, ölkə Prezidenti tərəfindən dünyadakı qlobal risqlər nəzərə alınmaqla, ölkənin iqtisadi inkişafı, bu yöndə qanunverciliyin təkmillləşdirilməsi üçün əlverişli imkanlar və şərait təmin olunur.
Bir daha qeyd edirəm ki. sözügedən qanunlara təklif olunan dəyişilkiyin mahiyyətində də bunlar dayanır” - deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib. |