|
|
|
|
|
|
|
|
03.03.2017 |
|
Fevralın 28-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.
AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə əvvəlcə Xocalı faciəsi ilə əlaqədar ölkədə keçirilən tədbirlərdən, faciənin beynəlxalq miqyasda tanıdılması ilə bağlı görülən işlərdən danışdı. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədəki xidmətləri xüsusi qeyd edildi.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İlk olaraq Alim Səlim oğlu Quliyevin, Vadim Ələddin oğlu Xubanovun, Aftandil Qasım oğlu Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi barədə məsələyə baxıldı. Bu sənədlə əlaqədar Ziyad Səmədzadə, Ağalar Vəliyev, Şəmsəddin Hacıyev, Xanhüseyn Kazımlı, Əli Məsimli, Mahir Abbaszadə, Aydın Hüseynov, İlham Əliyev, Rüfət Quliyev, Cavid Qurbanov çıxış edərək hər üç şəxsin bank sektorunda uzun illik səmərəli fəaliyyətindən, ölkənin pul-kredit və maliyyə sistemində həm nəzəri, həm praktik bacarıqlarından söz açdılar. Bu sahədə kifayət qədər təcrübəli mütəxəssislər sayılan namizədlərin Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə sənədi razılıqla qarşıladılar.
Sonra Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Dövlət satınalmaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəsibov məlumat verdi. Qanunvericiliyə uyğunlaşdırma məqsədilə aparılan dəyişikliklərin dövlət satınalmaları ilə bağlı prosedurların həyata keçirilməsi zamanı dövlət vəsaitlərinin xərclənməsi sahəsində mövcud boşluqların aradan qaldırılması məqsədilə edildiyi vurğulandı.
İclasda Vergi Məcəlləsinə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihəsinə edilən texniki
dəyişikliklərə də baxıldı.
Komitədə müzakirə edilən bütün sənədlərin Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim edilməsi qərara alındı. |
|
|
|
|
|
|
|
|
|
|