AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
28.02.2018
Fevralın 28-də Auditorlar Palatasında "Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini deyib. Qeyd edib ki, bu siyasət Azərbaycanın dünya təsərrüfat sisteminə uğurla inteqrasiya etməsinə möhkəm zəmin yaradıb. Bunun nəticəsində ölkənin iqtisadi qüdrətinin daha da artırılması, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Konfransın məqsədi ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar və şəffaflığın artırılması sahəsində görülən işlər ətrafında müzakirələr aparmaqdan ibarətdir. "Azərbaycan auditinin əldə etdiyi uğurlar, ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət etməsi auditin inkişafına güclü siyasi dəstəyin mövcudluğu ilə əlaqədardır", - deyə V.Novruzov diqqətə çatdırıb. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkəmizdə şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə, iqtisadiyyatın inkişafında auditin əhəmiyyətli rolundan danışıb.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır