AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
18.02.2019

Fevralın 18-də Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilir.

Forumun məqsədi Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti, işgüzar dairələrlə açıq dialoqun qurulmasıdır.

Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, dövlət qurumları, beynəlxalq təşkilatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak edir.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır