AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
02.05.2019

Aprelin 26-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə gündəliyə üç məsələnin daxil olduğunu deyib.

Komitə sədri “Aqrar sığorta haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edib. Qeyd edib ki, aqrar sığorta ölkəmizdə kənd təsərrüfatında aparılan islahatların növbəti mərhələsidir. Maliyyə Bazarlarına Nəzarət Palatası da sığorta sahəsində tədbirlər sistemi hazırlayır. Təbii fəlakətlərlə bağlı risklərin bir hissəsi sığorta şirkətlərinin üzərində olmalıdır.

İclasda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, “Aqrar sığorta haqqında” qanun layihəsində müştərək sığorta mexanizminin yaradılması nəzərdə tutulur. Məqsəd sığorta haqlarını ödəməkdə çətinliklə üzləşəcək fermerlərə kömək etməkdir. Əvvəlki qanunvericilikdə də dövlətin aqrar sığortaya dəstəyi əks olunub. Yeni mexanizm dövlətin bu sahədə dəstəyinin təmin edilməsinə imkan yaradacaq. Artıq ölkəmizdə aqrar sığorta orqanı formalaşdırılacaq və fermerlər onları maraqlandıran sualları cavablandıracaq bir orqanı görəcəklər. Bu, aqrar sahədə sığortanın tətbiqində maraqlı bir orqan olacaq. Sığorta şirkətlərinin kənd təsərrüfatı kimi riskli sahədən çəkinməməsinin təmin edilməsinə ehtiyac var. Buna görə də aqrar sığortaçıda da maraq yaradılacaq.

Deputatlar Vahid Əhmədov, Tahir Mirkişili, Əli Məsimli, Rüfət Quliyev, Xanhüseyn Kazımlı, Aydın Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin və sığorta şirkətlərinin nümayəndələri qanun layihəsi haqqında fikirlərini bildirib, qeyd və təkliflərini veriblər. Bildirilib ki, qanun layihəsi deyilən təkliflər nəzərə alınmaqla ikinci oxunuşa qədər daha da təkmilləşdiriləcək.

Müzakirələrdən sonra “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda, həmçinin “Sığorta fəaliyyəti haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə birinci oxunuşda baxılıb.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır