AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
03.11.2010

Təbliğat kampaniyasının gedişində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri və 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd akademik Ziyad Səmədzadə Sənaye cihazqayırma zavodunun (Səfərəliyev küç., 24) akt zalında seçicilərlə 20-dən artıq görüş keçirmişdir.

Bu görüşlərdə namizəd qeyd etmişdir ki, seçicilərin problemləri ilə yaxşı tanışdır və onları öz imkan və səlahiyyətləri hüdudlarında həll etməyə səy göstərir.

Ziyad Səmədzadə ötən beş il ərzində göstərdiyi fəaliyyət barədə danışmış, xüsusilə də seçicilərdən daxil olan 2000-ə qədər məktubları nəzərdən keçirdiyini və onların böyük hissəsinin müsbət həllini tapdığını, 800-dən artıq seçici ilə şəxsən görüşdüyünü, dünyanın 20-dən artıq ölkəsində olduğunu, 100-dən artıq beynəlxalq tədbirdə iştirak etdiyini söyləmişdir.

Təbii ki, onun son 5 ildəki nailiyyətlərində seçicilərin də böyük rolu olmuşdur. Nəsimi-Səbail dairəsinin problemlərindən danışarkən, Ziyad Səmədzadə qeyd edir: «Mən özüm bu rayonun sakiniyəm və təbii ki, sizin hər gün qarşılaşdığınız problemlər məndən də yan keçmir».

Ziyad Səmədzadə bir iqtisadçı kimi Azərbaycanın iqtisadi siyasətinin əsas aspektlərinə də toxunmaya bilmədi. Deputatlığa namizəd ötən il hökumətimizin keçən il qəbul etdiyi preventiv tədbirlərin nəinki ölkə iqtisadiyyatının bütün dünyanı bürüyən qlobal böhrandan nisbətən ağrısız çıxması, həm də böhrandan sonrakı dövrdə möhkəm bazanın qoyulmasına kömək etdiyini vurğuladı.  Bu müsbət dinamika bu gün də davam edir.

Bununla belə, Ziyad Səmədzadə qeyd edir ki, Azərbaycan hökuməti neft və qaz ehtiyatlarından daha səmərəli istifadə üçün beynəlxalq təcrübəni öyrənməlidir.

Görüşlərdə Ziyad Səmədzadə həmçinin təhsil, səhiyyə və digər prioritet sahələrdə fəaliyyətin aktivləşdirilməsi barədə danışmışdır. Namizəd öz çıxışlarında vətəndaş cəmiyyətinin inkişafına mühüm yer vermişdir.

O, qeyd edir ki, «Azərbaycan demokratik dövlət kimi inkişaf etmiş vətəndaş cəmiyyətinin inkişafını öz prioriteti hesab edir». Səmədzadənin sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafı qanunverici orqan tərəfindən hərtərəfli dəstəklənir.

«Bu vaxta qədər Azərbaycan parlamenti cəmiyyətin maraqlarını, büdcə maliyyələşdirilməsini qoruyan 100-dən artıq qanun qəbul etmiş, təbii ki, gələcəkdə də bu istiqamətdə aparılan işlər davam etdiriləcəkdir», - deyə o, qeyd etmişdir.

Ziyad Səmədzadə: «Əlbəttə, hökumətin prioritet vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin və ölkənin ərazi bütövlüyünün  ədalətli həllinə nail olmaqdır və xalqımız bu məsələdə heç bir güzəştə getməyəcək» - deyərək əminliyini bildirmişdir.

Namizəd demişdir: «Son aylar  KİV vasitəsilə «qara piar» adlandırılan sərt təbliğat mübarizəsi müşahidə olunur. Sakinlər heç də həmişə məlumatların düzgünlüyünü qiymətləndirmək qabiliyyətində olmur. Mən belə məqamlara yaxşı yanaşmıram – mənim üçün bu, yolverilməzdir. Belə ki, mənim bəzi opponentlərim mənim seçicilərlə müəyyən olunmamış yerlərdə görüşlər keçirməyim barədə şayiələr yayır. Bəyan etmək istəyirəm ki, bu şayiələr həqiqətə uyğun deyil və seçkiqabağı kampaniya dövründə cəmiyyəti gərginliyə salmaq məqsədi güdür. Bununla belə, mən öz çıxışlarımda rəqiblərimin şəxsiyyətlərinə və ya proqramlarına qətiyyən toxunmaq istəmirəm».

Z.Səmədzadə öz görüşlərində seçicilərin fikirlərini diqqətlə dinləmiş, onları maraqlandıran suallara cavab vermişdir.

«Mənim üçün ən başlıcası seçicilərimlə olan canlı ünsiyyətdir.  Bu, ən mühüm məqamdır. Bütün problemlər həll olunandır və biz birgə qüvvələrimizlə çox şeylərə nail ola bilərik», - deyə Ziyad Səmədzadə bildirmişdir. Seçicilər öz növbəsində bu cür konstruktiv görüşlərlərdən məmnun qaldıqlarını demiş və noyabrın 7-də bu namizədin lehinə səs vermək niyyətində olduqlarını bildirmişlər.

 

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır