AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
04.11.2010
2011-ci ilin büdcə layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, hazırda layihə barədə parlamentin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə çıxış edir. 

Z.Səmədzadə bir məqamı xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin bir hissəsi mütləq istifadə edilməlidir. Əks halda, vacib sosial layihələr, o cümlədən, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması kimi əhəmiyyətli layihələri reallaşdırmaq mümkün deyil: “Bəzi millət vəkillərinin ARDNF-in vəsaitlərinin xərclənməsi ilə bağlı narahatlığını başa düşmək olar. Onlar da Azərbaycanın gələcək inkişafı nöqteyi-nəzərindən Neft Fondunun vəsaitlərinin xərclənməsindən narahatdırlar. Lakin bu narahatlığı bir qədər real başa düşmək lazımdır. Real vəziyyəti nəzərə almaq lazımdır ki, həmin vəsaitlərin bir hissəsini xərcləməsək, Azərbaycanın digər sahələrini inkişaf etdirə bilməyəcəyik”.


Z.Səmədzadə həmçinin bildirib ki, artıq qeyri-neft sektorunda da son illər iqtisadi artım müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib və bu, ölkəmizdə iqtisadi inkişafın nəticəsidir.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır