AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
04.11.2010

Təbliğat kampaniyasının gedişində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri və 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd akademik Ziyad Səmədzadə Sənaye cihazqayırma zavodunun (Səfərəliyev küç., 24) akt zalında seçicilərlə 20-dən artıq görüş keçirmişdir.

Namizəd demişdir: «Son aylar KİV vasitəsilə «qara piar» adlandırılan sərt təbliğat mübarizəsi müşahidə olunur. Sakinlər heç də həmişə məlumatların düzgünlüyünü qiymətləndirmək qabiliyyətində olmur. Mən belə məqamlara yaxşı yanaşmıram – mənim üçün bu, yolverilməzdir. Belə ki, mənim bəzi opponentlərim mənim seçicilərlə müəyyən olunmamış yerlərdə görüşlər keçirməyim barədə şayiələr yayır. Bəyan etmək istəyirəm ki, bu şayiələr həqiqətə uyğun deyil və seçkiqabağı kampaniya dövründə cəmiyyəti gərginliyə salmaq məqsədi güdür. Bununla belə, mən öz çıxışlarımda rəqiblərimin şəxsiyyətlərinə və ya proqramlarına qətiyyən toxunmaq istəmirəm». 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır