AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
04.11.2010
Bakı, 5 oktyabr (AzərTAc). Oktyabrın 5-də Bakıda “Məsuliyyətli mikromaliyyə” mövzusunda V Mikromaliyyə konfransı işə başlamışdır.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) icraçı direktoru Jalə Hacıyeva Azərbaycanda mikromaliyyənin bugünkü vəziyyəti barədə qısa məlumat vermiş, belə konfransların əhəmiyyətini vurğulamışdır. J.Hacıyeva mikrokredit götürənlərin müdafiə və məsuliyyətinin artırılmasını vacib hesab etdiyini, vəsaitin yalnız ödəmə qabiliyyətinə malik şəxslərə verilməli olduğunu bildirmişdir.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev isə AMA-nın üzvlərinin mikrokreditləşmə üzrə portfellərinin artırılmasının zəruriliyini qeyd etmişdir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə mikromaliyyənin inkişafının regionların inkişafı ilə sıx bağlı olmasını vurğulamışdır. O bildirmişdir ki, bu istiqamətdə vəsaitlərin artırılması əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlıdır.
Mərkəzi Bankın banklara nəzarət departamentinin rəhbəri Rəşad Orucov daha yaxşı nəticələr əldə etmək üçün bütün təşkilatlarda korporativ idarəetmə prinsiplərinin həyata keçirilməsini vacib hesab etdiyini demişdir.
İkigünlük konfransda mikromaliyyə və qanunvericilik, islam bankçılığı, sosial hesabatlılıq, kənd təsərrüfatı üzrə mikrosığorta, dünya təcrübəsi və sair mövzular müzakirə olunacaqdır.
Tədbirin ilk günündə “İlin üzvü-2010” və “İlin peşəkarı-2010” nominasiyaları üzrə qaliblər mükafatlandırılmışlar.
Konfransda mikromaliyyələşmə, bankirlər, investorlar və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edirlər.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır