AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
04.11.2010
Bakı, 12 avqust (AzərTAc). “İnvestisiya fondları haqqında” yeni qanun layihəsi hazırlanmışdır. Qanunun qəbulu investisiya fondlarının inkişafında mühüm rol oynayacaqdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, bu qanun ölkəmizdə investisiya fondlarının təşkili, idarə və ləğv edilməsinin prinsiplərini, qaydalarını, normalarını, eləcə də qeyd olunan fondların fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin, nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edəcəkdir.
Z.Səmədzadə bildirmişdir ki, “İnvestisiya fondları haqqında” 1999-cu ildə qəbul olunmuş qanun bu günün tələblərinə cavab vermir. Ötən dövr ərzində Azərbaycanın qiymətli kağızlar, fond bazarı xeyli inkişaf etmişdir, ona görə də həmin qanun müasir bazarda hüquqi çərçivəni tam təmin edə bilmir. Qanunda olan boşluqlar proseslərin daha dinamik inkişafına imkan vermir.
Mövcud boşluqların aradan qaldırılması üçün hazırlanmış “İnvestisiya fondları haqqında” yeni qanun layihəsi artıq Milli Məclisə təqdim olunmuşdur. Olduqca yüksək səviyyədə hazırlanmış bu qanun layihəsinin qəbulu iqtisadiyyatın şaxələndirilməsi prosesinə öz töhfəsini verəcək, digər məsələlərin həllinə səbəb olacaqdır. Azərbaycanda fond bazarının inkişafı iqtisadiyyatın şaxələndirilməsinə müsbət təsir göstərəcəkdir.
Komitə sədrinin sözlərinə görə, bu qanun layihəsi hazırlanarkən 30-dan çox ölkənin təcrübəsi öyrənilmişdir.
Qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə olunacağı gözlənilir.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır