AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
08.11.2010
Bakı, 7 noyabr (AzərTAc). Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 7-də parlament seçkilərinin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirmişdir. M.Pənahov demişdir ki, 5 min 314 məntəqədə keçirilmiş səsvermənin gedişini 1000-dən artıq beynəlxalq müşahidəçi və 47 minə qədər yerli müşahidəçi izləmişdir. Gün ərzində Mərkəzi Seçki Komissiyası mütəmadi olaraq yerlərlə əlaqə saxlamış və seçicilərin fəallığı ilə bağlı rəsmi məlumatları 5 dəfə ictimaiyyətə çatdırmışdır. Saat 19.00-da məntəqələr bağlandıqdan sonra verilmiş məlumata görə adları seçici siyahılarına daxil edilmiş 4 milyon 946 min 588 seçicidən 2 milyon 480 min 205 nəfər səsvermədə iştirak etmişdir ki, bu da ümumi seçicilərin 50,14 faizinə bərabərdir. Hesab edirəm ki, bu rəqəm Azərbaycan ictimaiyyətinin parlament seçkilərinə olan yüksək marağının göstəricisidir. Səsvermə aşkarlıq şəraitində keçirilmişdir. Ümumilikdə 5 partiya blokuna daxil olan 13 partiyanı və müstəqil şəkildə səsverməyə qoşulmuş 10 partiyanı da nəzərə alsaq, 23 partiyanın nümayəndələrinin və müstəqil müşahidəçilərin iştirakı ilə keçirilmiş səsvermə, qeyd etdiyim kimi, demokratik tələblərə cavab verən səviyyədə həyata keçirilmişdir. Gün ərzində MSK-ya hansısa qeyri-adi, seçkilərin nəticəsinə ciddi şəkildə təsir edə biləcək nöqsanlar barədə məlumat daxil olmamışdır. Bəzi müşahidəçilərin, səlahiyyətli nümayəndələrin və namizədlərin bir-birindən bu və ya digər formada narazılıqlarını ifadə edən aktlar MSK-ya faks vasitəsilə daxil olmuşdur. MSK bu gün keçirdiyi iclasında həmin aktları araşdıraraq sizin qarşınıza ilkin məlumatı elan etmək üçün çıxmışdır. Bizim indiyə olan ümumi məlumatımız aşağıdakılardan ibarətdir: 5 min 314 məntəqənin 4 min 891-dən artıq protokollar dairə seçki komissiyalarına çatdırılmışdır. Protokoldakı məlumatlar dairələrdə kompyuterlərə daxil edilərək MSK-nın internet saytında yerləşdirilmişdir. Mən bu məlumatların ümumi nəticəsini indi ictimaiyyətin diqqətinə çatdıracağam. Bir daha təkrar edirəm ki, səsvermədə iştirak etmiş 50,14 faiz seçicilərin 4 min 891 məntəqə üzrə daxil olmuş nəticələri aşağıdakı kimidir: Naxçıvan Muxtar Respublikasında 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə 35 məntəqənin 16-dan daxil olmuş məlumatlar nəticəsində Talıbov Vasif Yusif oğlu 89,60 faiz səslə liderlik edir. 2 saylı Şərur seçki dairəsi üzrə 53 məntəqənin 46-dan daxil olmuş məlumatlara əsasən Həbibbəyli İsa Əkbər oğlu 85,14 faiz, 3 saylı Babək–Kəngərli-Naxçıvan seçki dairəsi üzrə 49 məntəqənin hamısından daxil olmuş məlumatlara əsasən Mehbalıyev Səttar Suliddin oğlu 79,03 faiz, 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 37 məntəqəsinin hamısından daxil olmuş məlumatlara görə İbrahimov Eldar Rza oğlu 83,75 faiz, 5 saylı Şahbuz-Babək seçki dairəsinin 46 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Novruzov Siyavuş Dünyamalı oğlu 83,23 faiz, 6 saylı Culfa–Babək seçki dairəsinin 44 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Hacıyev İsmayıl Muxtar oğlu 83,86 faiz, 7 saylı Ordubad-Culfa seçki dairəsinin 52 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Həsənquliyev Qüdrət Müzəffər oğlu 74,61 faiz səslə liderdirlər. Bakı şəhəri üzrə 8 saylı Binəqədi birinci seçki dairəsinin 37 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Əsədov Oqtay Sabir oğlu 82,57 faiz, 9 saylı Binəqədi ikinci seçki dairəsindəki 32 məntəqədən daxil olmuş məlumata görə Cəbrayılov Rəfael Kamil oğlu 46,93 faiz, 10 saylı Binəqədi üçüncü seçki dairəsində 36 məntəqənin hamısından daxil olmuş məlumatlar əsasında Musayev Madər Əliəsgər oğlu 76,04 faiz səs toplamışlar. 11 saylı Qaradağ seçki dairəsindən 39 məntəqənin hamısından daxil olmuş məlumata əsasən Vəliyev Ağalar İsrafil oğlu 75,69 faiz, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindəki 35 məntəqənin hamısından daxil olmuş məlumatlara əsasən Zabelin Mixail Yuriyeviç 65, 32 faiz səslə irəlidədirlər. 13 saylı Xəzər birinci seçki dairəsinin 34 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Əliyev Rauf Asif oğlu 77,78 faiz, 14 saylı Xəzər ikinci seçki dairəsindəki 35 məntəqənin hamısından daxil olmuş məlumatlara əsasən Əliyeva Mehriban Arif qızı 94,49 faiz, 15 saylı Yasamal birinci seçki dairəsindəki 33 məntəqənin 32-dən daxil olmuş məlumatlara əsasən Hüseynov Etibar Əli oğlu 50,55 faiz, 16 saylı Yasamal ikinci seçki dairəsindəki 30 məntəqənin hamısından daxil olmuş məlumatlara əsasən Məhərrəmov Abel Məmmədəli oğlu 83,24 faiz, 17 saylı Yasamal üçüncü seçki dairəsindəki 31 məntəqədən daxil olmuş məlumatlara əsasən Quliyev Ülvi Zahid oğlu 50,97 faiz, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 31 məntəqəsinin hamısından daxil olmuş məlumata əsasən Musabəyov Rasim Nəsrəddin oğlu 50,48 faiz, 19 saylı Nərimanov birinci seçki dairəsindəki 31 məntəqənin hamısından daxil olmuş məlumatlara əsasən Əhmədov Əli Cavad oğlu 66,45 faiz, 20 saylı Nərimanov ikinci seçki dairəsindəki 32 məntəqənin 23-dən daxil olmuş məlumata əsasən Əliyev Adil Abış oğlu 61,66 faiz səs əldə etmişlər. 21 saylı Nəsimi birinci seçki dairəsinin 29 məntəqəsinin hamısından daxil olmuş məlumata əsasən Mustafayeva Aytən İnqilab qızı 58,21 faiz, 22 saylı Nəsimi ikinci seçki dairəsində 30 məntəqənin hamısından daxil olmuş məlumata görə, Mollazadə Asim Nazim oğlu 49,47 faiz, 23 saylı Nəsimi-Səbail seçki dairəsində 29 məntəqəsinin hamısından daxil olmuş məlumatlar əsasında Səmədzadə Ziyad Əliabbas oğlu 76,23 faiz, 24 saylı Nizami birinci seçki dairəsindəki 33 məntəqədən daxil olmuş məlumatlara əsasən Abdullayev Rövnəq İbrahim oğlu 85,48 faiz, 25 saylı Nizami ikinci seçki dairəsindəki 32 məntəqənin 21-dən daxil olmuş məlumatlara əsasən Vəliyeva Sədaqət Süleyman qızı 66,96 faiz, 26 saylı Sabunçu birinci seçki dairəsindəki 32 məntəqənin hamısından daxil olmuş məlumatlara əsasən Mustafa Fazil Qəzənfər oğlu 51,74 faiz, 27 saylı Sabunçu ikinci seçki dairəsinin 31 məntəqəsinin hamısından daxil olmuş məlumata əsasən Salahzadə Qalib Aslan oğlu 63,26 faiz, 28 saylı Sabunçu üçüncü seçki dairəsində 31 məntəqənin hamısından daxil olmuş məlumata əsasən Quliyev Eldar Allahyar oğlu 54,21 faiz, 29 saylı Səbail seçki dairəsindəki 32 məntəqənin hamısından daxil olmuş məlumatlara əsasən Muradov Fuad Rauf oğlu 77,09 faiz, 30 saylı Suraxanı birinci seçki dairəsindəki 27 məntəqənin hamısından daxil olmuş məlumata əsasən Fətəliyeva Sevinc Həbib qızı 68,63 faiz, 31 saylı Suraxanı ikinci seçki dairəsində 28 məntəqənin 2-dən daxil olmuş məlumata əsasən Quliyev Fərəc İbrahim oğlu 45,44 faiz, 32 saylı Suraxanı üçüncü seçki dairəsində 29 məntəqənin hamısından daxil olmuş məlumatlar əsasında Abıyev Ağacan Qulam oğlu 73,18 faiz, 33 saylı Xətai birinci seçki dairəsindəki 35 məntəqənin hamısından daxil olmuş məlumata əsasən Mirələmov Hüseynbala Fazil oğlu 65,34 faiz, 34 saylı Xətai ikinci seçki dairəsində 33 məntəqənin hamısından daxil olmuş məlumata görə, Əhmədova Gülər Mikayıl qızı 41,16 faiz, 35 saylı Xətai üçüncü seçki dairəsindəki 29 məntəqənin 25-dən daxil olmuş məlumata əsasən Ağazadə İqbal Fehruz oğlu 44,11 faiz, 36 saylı Xətai dördüncü seçki dairəsindəki 34 məntəqənin hamısından daxil olmuş məlumata əsasən Seyidov Səməd İsmayıl oğlu 68,53 faiz səs toplamışlar. Gəncə şəhərinin 37 saylı Nizami birinci seçki dairəsinin 27 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Abbasov Aydın Abbas oğlu 56,37 faiz, 38 saylı Nizami ikinci seçki dairəsinin 25 məntəqəsinin hamısından alınmış məlumatlara əsasən Hacıyev Asəf Hacı oğlu 69,98 faiz, 39 saylı Kəpəz birinci seçki dairəsinin 31 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Fətiyev Xanlar Nuru oğlu 56,71 faiz, 40 saylı Kəpəz ikinci seçki dairəsinin 28 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Quliyev Musa İsa oğlu 38,82 faiz səslə liderdirlər. 41 saylı Sumqayıt birinci seçki dairəsinin 39 məntəqəsinin hamısının məlumatlarına əsasən Abdullayeva Leyla Arif qızı 58,72 faiz, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 37 məntəqəsinin 34-nün məlumatlarına əsasən Qasımlı Musa Cəfər oğlu 44,68 faiz, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 33 məntəqəsinin hamısının məlumatlarına əsasən Babayev Muxtar Bahadır oğlu 75,85 faiz, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin 35 məntəqəsinin hamısından daxil olan məlumatlara əsasən Salayev Hacı Hacıbaba oğlu 78,49 faiz, 45 saylı Abşeron seçki dairəsinin 35 məntəqəsinin 28-dən daxil olmuş məlumatlara əsasən Alışanov Arif Nizam oğlu 72,95 faiz səslə səsvermədə ilk sırada yer almışlar. 46 saylı Şirvan seçki dairəsinin 30 məntəqəsinin hamısının məlumatlarına əsasən Quliyev Azay Əjdər oğlu 57,39 faiz, 47 saylı Mingəçevir seçki dairəsinin 30 məntəqəsinin hamısının məlumatlarına əsasən Mirzəzadə Aydın Böyükkişi oğlu 51,70 faiz, 48 saylı Yevlax seçki dairəsinin 31 məntəqəsinin hamısının məlumatlarına əsasən Məmmədov İlham Kazım oğlu 64,66 faiz, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 40 məntəqəsinin hamısının məlumatlarına əsasən Hüseynov Əli Məhəmməd oğlu 70,21 faiz, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin 55 məntəqəsinin hamısının məlumatlarına əsasən Xanlarova Zeynəb Yəhya qızı 65,91 faiz səslə öndədirlər. 51 saylı Qusar seçki dairəsinin 62 məntəqəsinin 60-dan daxil olmuş məlumatlara əsasən Badamov Azər Camal oğlu 57,17 faiz, 52 saylı Quba seçki dairəsinin 70 məntəqəsinin hamısının məlumatlarına əsasən Əhmədov Vahid Qazıməmməd oğlu 60,68 faiz, 53 saylı Quba-Qusar seçki dairəsinin 73 məntəqəsinin 69-dan daxil olmuş məlumatlara əsasən Abramov Yevda Sasunovuç 59,36 faiz, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 68 məntəqəsinin hamısının məlumatlarına əsasən Süleymanov Tahir Süleyman oğlu 72,21 faiz, 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 38 məntəqəsinin hamısının məlumatlarına görə Əşrəfov Arif Əşrəf oğlu 58,47 faiz, 56 saylı Xaçmaz kənd seçki dairəsinin 43 məntəqəsinin hamısının məlumatlarına əsasən Əliyev İlham Əli Səftər oğlu 62,12 faiz, 57 saylı Kürdəmir seçki dairəsinin 41 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Qəribov Fərhad Həsən oğlu 69,19 faiz, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin 43 məntəqəsinin 41-dən daxil olmuş məlumatlara əsasən Hüseynov Rafael Baba oğlu 58,96 faiz, 59 saylı Salyan seçki dairəsinin 37 məntəqəsinin hamısının məlumatlarına əsasən Hüseynov Əliağa İzzət oğlu 82,05 faiz, 60 saylı Salyan-Neftçala seçki dairəsinin 40 məntəqəsinin hamısının məlumatlarına əsasən Ağamalı Fəzail Rəhim oğlu 51,85 faiz, 61 saylı Neftçala seçki dairəsinin 38 məntəqəsinin hamısının məlumatlarına əsasən Rəhimzadə Arif Qafar oğlu 72,39 faiz səslə liderdirlər. 62 saylı Saatlı seçki dairəsinin 35 məntəqəsinin məlumatları əsasında Əliyev Cəlal Əlirza oğlu 69,67 faiz, 63 saylı Sabirabad birinci seçki dairəsinin 36 məntəqəsinin 33-dən daxil olmuş məlumatlara əsasən Osmanlı Ceyhun Yunis oğlu 79,38 faiz, 64 saylı Sabirabad ikinci seçki dairəsinin 40 məntəqəsinin hamısından daxil olan məlumatlara əsasən Xəlilov Rüstəm Gülabba oğlu 62,8 faiz, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 56 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Əmiraslanov Əhliman Tapdıq oğlu 69,93 faiz səslə, 66 saylı Biləsuvar seçki dairəsinin 42 məntəqəsinin hamısının məlumatlarına əsasən Kazımlı Xanhüseyn Hüseynağa oğlu 65,86 faiz səslə səsvermənin qalibi olmuşlar. Respublikanın cənub bölgəsinin 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 36 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Həsənov Malik Əvəz oğlu 67,52 faiz, 68 saylı Cəlilabad kənd seçki dairəsinin 33 məntəqəsinin hamısının məlumatlarına əsasən Kazımov Mirkazım Məhəmməd oğlu 65,99 faiz, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 34 məntəqəsinin hamısından daxil olan məlumatlara əsasən İbrahimli Fəzail Firuz oğlu 64,18 faiz, 70 saylı Masallı şəhər seçki dairəsinin 42 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Əliyev Nəriman Əlibala oğlu 62,32 faiz, 71 saylı Masallı kənd seçki dairəsinin 34 seçki məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Axundova Elmira Hüseyn qızı 71,25 faiz, 72 saylı Yardımlı-Masallı seçki dairəsinin 82 məntəqəsinin 78-dən daxil olmuş məlumatlara əsasən Rüstəmxanlı Sabir Xudu oğlu 64,78 faiz, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 29 məntəqəsinin hamısının məlumatlarına əsasən Quliyev Rüfət Atakişi oğlu 61,4 faiz, 74 saylı Lənkəran kənd seçki dairəsinin 39 seçki məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Rəcəbli Hadı Musa oğlu 69,29 faiz, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 40 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Paşazadə Cavanşir Hümmət oğlu 76,73 faiz, 76 saylı Lənkəran-Astara seçki dairəsinin 43 məntəqəsinin hamısının məlumatlarına əsasən Əsgərov Ziyafət Abbas oğlu 77,71 faiz, 77 saylı Astara seçki dairəsinin 45 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Cəfərov Aslan Məmmədhüseyn oğlu 64,7 faiz, 78 saylı Lerik seçki dairəsinin 108 məntəqəsinin 56-dan daxil olmuş məlumatlara əsasən Məmmədov İqbal Nəriman oğlu 67,15 faiz səslə liderlik edirlər. 79 saylı İmişli seçki dairəsinin 43 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Qasımov Əsabil Qarakişi oğlu 70,25 faiz, 80 saylı İmişli-Beyləqan seçki dairəsinin 48 məntəqəsinin 37-dən daxil olmuş məlumatlara əsasən Qənizadə Çingiz Aşralı oğlu 63,71 faiz, 81 saylı Beyləqan seçki dairəsinin 42 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Orucov Ayaz İsmayıl oğlu 67,07 faiz, 82 saylı Ağcabədi seçki dairəsinin 44 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Rzayev Tahir Musa oğlu 61,91 faiz, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 42 məntəqəsinin 28-dən daxil olmuş məlumatlara əsasən Abbasov Aqil Məhəmməd oğlu 76,14 faiz, 84 saylı Füzuli seçki dairəsinin 71 məntəqəsinin 61-dən daxil olmuş məlumatlara əsasən Muradova Bahar Əvəz qızı 62,37 faiz, 85 saylı Şamaxı seçki dairəsinin 63 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Süleymanov Elxan Sirac oğlu 64,15 faiz, 86 saylı İsmayıllı seçki dairəsinin 65 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Aslanov Novruzəli Davud oğlu 65,12 faiz, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin 62 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Cavadov Ərəstun Nurəddin oğlu 68,73 faiz, 88 saylı Göyçay seçki dairəsinin 41 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Hacıyev Sabir Kamal oğlu 53,41 faiz, 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 39 məntəqəsinin 26-dan daxil olmuş məlumatlara əsasən Hacıyev Şəmsəddin Hümmət oğlu 54,27 faiz, 90 saylı Ağdaş seçki dairəsinin 40 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Əsədullayev Çingiz Rauf oğlu 56,14 faiz, 91 saylı Ucar seçki dairəsinin 38 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Məmmədov Elton Arzuman oğlu 64,72 faiz, 92 saylı Zərdab-Ucar seçki dairəsinin 48 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Əliyeva Jalə Fazil qızı 57,24 faizlə liderlik edirlər. 93 saylı Bərdə şəhər seçki dairəsinin 52 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Orucov Zahid Məhərrəm oğlu 82,89 faiz, 94 saylı Bərdə kənd seçki dairəsinin 54 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Baxşəliyeva Gövhər Baxşəli qızı 81,40 faiz, 95 saylı Tərtər seçki dairəsinin 40 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Alıyev Sahib Eyvaz oğlu 64,51 faiz, 96 saylı Goranboy-Naftalan seçki dairəsinin 46 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Aslanov Mahir Məhəmmədəli oğlu 64,59 faiz, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin 57 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Məmmədova Gülçöhrə Hüseyn qızı 60,40 faiz, 98 saylı Şəmkir şəhər seçki dairəsinin 34 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Qafarova Sahibə Əli qızı 73,27 faiz, 99 saylı Şəmkir kənd seçki dairəsinin 37 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən İbrahimqızı Məlahət İbrahim 66,33 faiz, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsinin 42 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Qurbanlı Mübariz Qəhrəman oğlu 70,82 faiz, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin 81 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Rzayev Rövşən Şükür oğlu 68,92 faiz, 102 saylı Samux-Şəmkir seçki dairəsinin 49 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Ələsgərov Valeh Feyruz oğlu 66,51 faiz, 103 saylı Gədəbəy seçki dairəsinin 40 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Hüseynova Sevinc Əmirəhməd qızı 61,39 faiz, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin 61 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Məmmədhəsənov Rafiq Musa oğlu 56,46 faiz, 105 saylı Tovuz seçki dairəsinin 40 məntəqəsinin 36-dan daxil olmuş məlumatlara əsasən Paşayeva Qənirə Ələsgər qızı 55,65 faiz, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 36 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən İsmayılov İlyas Abbas oğlu 54,05 faiz, 107 saylı Qazax seçki dairəsinin 38 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Vəliyev Əhməd Abdulkərim oğlu 51,16 faiz, 108 saylı Ağstafa seçki dairəsinin 39 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Cəfərov Nizami Qulu oğlu 67,88 faiz, 109 saylı Balakən seçki dairəsinin 34 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Aslanova Rəbiyyət Nurullah qızı 58,70 faiz, 110 saylı Zaqatala seçki dairəsinin 42 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Atayev Hikmət İsmayıl oğlu 52,31 faiz, 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 41 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Əliyeva Kamilə Əliağa qızı 47,50 faiz, 112 saylı Qax seçki dairəsinin 55 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Kərimli Azər Şəmşid oğlu 54,79 faiz, 113 saylı Şəki şəhər seçki dairəsinin 27 məntəqəsinin 12-dən daxil olmuş məlumatlara əsasən Mahmudov Yaqub Mikayıl oğlu 49,86 faiz, 114 saylı Şəki kənd birinci seçki dairəsinin 41 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Məsimli Əli Əhməd oğlu 50,90 faiz, 115 saylı Şəki kənd ikinci seçki dairəsinin 42 məntəqəsinin 29-dan daxil olmuş məlumatlara əsasən Feyziyev Cavanşir Əyyub oğlu 51,89 faiz, 116 saylı Qəbələ seçki dairəsinin 51 məntəqəsinin 39-dan daxil olmuş məlumatlara əsasən Heydərov Fəttah Səməd oğlu 79,12 faiz, 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 57 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Naxçıvanlı Aqiyə Həbib qızı 67,04 faiz, 118 saylı Ağdam şəhər seçki dairəsinin 44 məntəqəsinin 21-dən daxil olmuş məlumatlara əsasən Əliyev Bəxtiyar Həmzə oğlu 63,25 faiz, 119 saylı Ağdam kənd seçki dairəsinin 40 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Sadıqov Bəxtiyar Yusif oğlu 65,12 faiz, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 70 məntəqəsinin 31-dən daxil olmuş məlumatlara əsasən Şahverdiyev Astan Nuşirəvan oğlu 58,73 faiz, 121 saylı Laçın seçki dairəsinin 100 məntəqəsinin 46-dan daxil olmuş məlumatlara əsasən Fərəcov Nazim Fərəc oğlu 68,67 faiz, 122 saylı Xankəndi seçki dairəsinin 9 məntəqəsinin hamısından daxil olmuş məlumatlara əsasən Qasımova Flora Qasım qızı 56,59 faiz, 123 saylı Kəlbəcər seçki dairəsinin 61 məntəqəsinin 44-dən daxil olmuş məlumatlara əsasən Qurbanov Cavid Qənbər oğlu 80,11 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 76 məntəqəsinin 42-dən daxil olmuş məlumatlara əsasən Məmmədov Elman Camal oğlu 65 faiz, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 51 məntəqəsinin 50-dən daxil olmuş məlumatlara əsasən İsmayılov İmamverdi İbiş oğlu 60,23 faiz səslə liderlik edirlər. M.Pənahov qeyd etmişdir ki, səsvermədən sonra iki gün ərzində dairə seçki komissiyalarının məntəqə seçki komissiyalarının protokolları əsasında tərtib edilmiş protokollarının birinci nüsxələri Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır. Noyabrın 8-dən DSK-ların protokolları MSK-ya çatdırılacaqdır. Həmin protokolların nəticələri qanunvericiliyə uyğun olaraq MSK tərəfindən ictimaiyyətə elan ediləcəkdir. Beləliklə, bu gün səsləndirilmiş ilkin rəqəmlər daha dəqiq olacaqdır.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır