|
|
|
|
|
|
|
|
21.01.2011 |
|
Parlamentin İqtisadi siyasət komitəsi Azərbaycan Milli Məclisinin yaz sessiyasında müzakirə edəcəyi qanun layihələrini müəyyənləşdirib.
“Yaz sessiyasında bizim komitəmizi gərgin iş gözləyir. Komitəyə çoxlu sayda yeni qanunvericilik sənədi daxil olub”, - deyə cümə günü iclasda komitə sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, sessiyada komitə Gömrük Məcəlləsinin yeni redaksiyasını, Tikinti Məcəlləsi, Rəqabət Məcəlləsi layihələrini, “İcbari sığorta növləri haqqında” qanun layihəsini və bir sıra başqa sənədləri nəzərdən keçirməyi planlaşdırır.
Bundan başqa, komitə üzvləri “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayıb. “Biz bu qanun layihəsini Azərbaycan Mərkəzi Bankına ekspertizaya göndərmişik. Artıq fevralda komitənin iclasında qanun layihəsinin müzakirəsi planlaşdırılır”, - deyə o qeyd edib.
Z.Səmədzadə hesab edir ki, bu sənədlərin qəbulu Azərbaycanda keyfiyyətli iqtisadi artımı təmin etməyə imkan verəcək.
Bundan başqa, onun sözlərinə görə, komitənin işi qəbul edilən qanunların effektivliyinin təminatına yönəldilməlidir.
Milli Məclisin yaz sessiyası fevralın 1-dən mayın 31-nə qədər davam edəcək.
|
|
|
|
|
|
|
|
|
|
|