|
|
|
|
|
|
28.01.2011 |
|
Azərbaycanda tikinti sektorunda "bir pəncərə" prinsipinin tətbiqi məsələsi, şübhəsiz, Tikinti və Şəhərsalma Məcəlləsi qəbul edilərkən nəzərə alınacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Xəzər-Avropa İnterqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında deyib."Bu prinsipin tətbiqi ölkə əhalisinə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək", - Səmədzadə bildirib.Onun sözlərinə görə, bu gün hər iki məcəllə Parlamentin iş planına daxil edilib və onların birləşdirilməsi imkanına baxılır."Şəhərsalma dünyada ən mühüm problemlərdən biridir, ona görə də qanunvericilik bazasının təkmilləşdirilməsi mütləqdir", - Səmədzadə bildirib. |
|
|
|
|
|
|
|
|