AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
28.01.2011

Azərbaycanın sığorta bazarının təkmilləşdirilməsi, əhalinin sağlamlığının müdafiəsi üçün "Sığortanın icbari növləri haqqında" qanunun qəbul edilməsi çox vacibdir. Bu barədə cümə günü Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə komitənin iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Azərbaycanda adambaşına 16-17 manat təşkil edən sığorta mükafatlarının hazırkı səviyyəsi əhalinin pul gəlirlərinin səviyyəsinə uyğun gəlmir. Bu, inkişaf etməkdə olan digər ölkələrdəki, Avropa dövlətlərindəki sığorta bazarının inkişaf səviyyəsi ilə müqayisədə çox aşağı göstəricidir",- Səmədzadə bildirib.

Sığorta mükafatlarının dünya üzrə orta göstəricisi Azərbaycandakı mükafatların səviyyəsini 15 dəfə üstələyir.

Səmədzadənin sözlərinə görə, "Sığortanın icbari növləri haqqında" qanunun qəbul edilməsilə Azərbaycanda sığorta sahəsində qanunvericilik bazasını orta inkişaf səviyəsinə çatdırmaq olar. Parlament komitəsi sədrinin sözlərinə görə, icbari sığorta bazarının inkişafı üçün sığortanın təbliği üzrə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, 2007-ci ildə "Sığorta fəaliyyəti haqqında" qanunun qəbul edilməsindən sonra yaranmış uyğunsuzluqla digər qanunvericilik aktları çərçivəsində də nizamlama mexanizmlərinin təkmilləşdirilməsi vacibdir.

"Sığorta mükafatlarının hazırkı səviyyəsi bizi də qane etmir. Hazırda ölkədəki sığorta bazarının həcmi ÜDM-in 0,4 faizini təşkil edir ki, bu da təkcə Avropanın inkişaf etməkdə olan ölkələrində deyil, həm də MDB-dəki göstəricilərdən aşağıdır. Lakin biz qanunvericilik bazasının təkmilləşdirilməsi, təbliğatın genişləndirilməsi ilə bu göstəricinin bir neçə dəfə artacağını gözləyirik", - Bayramov bildirib.

Nazir müavininin sözlərinə görə, sığortanın könüllü növlərindən fərqli olaraq, icbari növlər dövlət tərfindən nizamlanır. Ona görə də ilk növbədə məhz sığortanın bu növləri üzrə hüquqi bazanın inkişafına və təkmilləşdirilməsinə diqqət ayrılacaq. Sığortanın icbari növlərini tənzimləyən bundan əvvəlki qanun 1996-cı ildə qəbul olunub.

"2007-ci ildə "Sığorta fəaliyyəti haqqında" təkmilləşdirilmiş qanunun qəbul edilməsindən sonra bu sahədəki problemləri təhlil edərək, icbari sığortanın növləri üzrə hüquqi çərçivəni təkmilləşdirdik və qanunun yeni redaksiyada təqdim etdik", - Bayramov bildirib.

Bu qanun layihəsi icbari sığortanın dörd növünün - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin (OSAQO), sərnişinlərin sığortası, daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin sığortalanmasını tənzimləyir.

Qanun layihəsinə görə, daşınmaz əmlakın icbari sığortası tikililərə, yaşayış evlərinə, fiziki şəxslərə məxsus mənzillərə, hüquqi şəxslərə məxsus ofislərə, dövlət əmlakına şamil ediləcək. Bununla yanaşı, sığorta hadisəsi zamanı bu əmlaka yanğın, partlayış, elektirk şəbəkəsində qısa qapanma, kanalizasiya və ya su xəttində baş vermiş qəza, təbiət kataklizmləri və s. nəticəsində dəyən ziyanla bağlı faktlar nəzərə alınacaq.

Daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin sığortalanması bu əmlakdan istifadə zamanı üçüncü şəxsin ziyandan müfadiəsini nəzərdə tutur. Sığortanın bu növü sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə aid ediləcək. Sağlamlığa dəyən ziyan zamanı sığortanın bu növü üzrə ödənişin məbləği 50 min manat (bir nəfər üçün - 5 min manat), əmlak üçün - 50 min manat nəzərdə tutulub.

Sərnişinlərin icbari sığortası növündən asılı olmayaraq, nəqliyyatdan istifadə edən şəxslərə şamil olunur. Bu zaman sığorta ödənişinin məbləği hər bir adam üçün 5 min manat təşkil edir. İndiyədək sığortanın bu növü 2003-cü ildə qəbul edilən qanunla tənzimlənirdi, lakin bu gün qüvvədə olan forma əlverişli deyil və kompensasiya alınarkən problemlər yaradır.

Qanun layihəsi avtonəqliyyat vasitəsindən asılı olaraq, sığorta tarifinin müəyyənləşdirilməsi zamanı fərqli yanaşmanı nəzərdə tutur. Əmlak üzrə OSAQO zamanı ödənişin məbləği 5 min manat (bu gün bir min manatdır), sağlamlıq üçün - 50 min manat (bu gün beş min manat) təşkil edir. Fəaliyyətin bu növü 1996-cı ildə qəbul edilən qanunla tənzimlənir.

Müzakirələrin yekunu zamanı qanun layihəsinin Milli Məclisin plenar iclasına birinci oxunuşda baxılmaq üçün tövsiyə olunub.

Yanvarın 21-nə rəsmi məzənnə 0,7974 AZN/USD təşkil edir.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır