|
|
|
|
|
|
|
|
03.02.2011 |
|
Layihələr müzakirəyə çıxarılacaq Milli Məclisin 2011-ci il yaz sessiyasında iqtisadi sahədə üç məcəllənin layihəsinin müzakirəyə çıxarılması planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında komitə sədri Ziyad Səmədzadə məlumat verib. Z. Səmədzadənin sözlərinə görə, bu sənədlərin üzərində xeyli vaxtdır müzakirələr gedir. Bunlar Rəqabət Məcəlləsi, Bank Məcəlləsi və Gömrük Məcəlləsidir. Artıq Rəqabət Məcəlləsi və Gömrük Məcəlləsinin layihələri hazırdır və Prezident Administrasiyasında baxılır. |
|
|
|
|
|
|
|
|
|
|