Ziyad Səmədzadə: “Yaz sessiyasında Azərbaycan iqtisadiyyatı üçün çox vacib olan qanun layihələri müzakirəyə çıxarılacaq”Milli Məclisin növbəti sessiyasında, xüsusilə də yaz sessiyasında Azərbaycan iqtisadiyyatı üçün çox vacib olan qanun layihələri müzakirəyə çıxarılacaq. Bu barədə SİA-ya Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə açıqlamasında deyib. O bildirib ki, növbəti sessiyada Rəqabət Məcəlləsi başa çatdırılacaq. Z.Səmədzadənin sözlərinə görə, yaz sessiyasında həmçinin Bank Məcəlləsi və Gömrük Məcəlləsinə baxılacaq. Millət vəkili söyləyib ki, bundan əlavə növbəti sessiyada 2011-ci ilin Dövlət Büdcəsinin icrası ilə əlaqədar məsələ də müzakirə olunacaq. Adıçəkilən layihələrin ölkə iqtisadiyyatının inkişafı üçün mühüm rola malik olacağını söyləyən komitə sədr vurğulayıb ki, onlar mühüm olmaqla yanaşı həm də mürəkkəb layihələrdir. Yaz sessiyasında hər hansı bir qanuna əlavə və dəyişikliklərin gözlənilməsi ilə əlaqədar sualı da cavablandıran Z.Səmədzadə qeyd edib ki, bu məsələ dövlət başçısının səlahiyyəti çərçivəsində yerinə yetirilir. O əlavə edib ki, hər hansı bir qanuna əlavə və dəyişiklik yalnız prezidentin fərmanı ilə həyata keçirilə bilər. |