AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
14.02.2011

Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda vergi yükünün ixtisarının davamını zəruri hesab edir.

“Sahibkarlar üçün vergi yükünün ixtisarı prosesini davam etdirmək lazımdır. Bununla yanaşı, bu proses vergi növləri üzrə yığımların artması ilə müşayiət olunmalıdır”, - deyə Z.Səmədzadə cümə günü “İqtisadi inkişafa yönələn vergi islahatları” mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, xüsusən, vergi orqanları mənfəət vergisi üzrə yığımların artırılması üçün addımlar atmalıdır. “Bu gün ƏDV Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmaların əsas mənbələrindən biridir. Vergi idarəsi qısa vaxt ərzində verginin bu növü üzrə inzibatçılığı gücləndirib ki, bu da ƏDV üzrə dövlət büdcəsinə daxilolmaların artmasına müsbət təsir göstərib. Bu istiqamətdə mənfəət vergisi üzrə də müəyyən addımlar atıla bilər”, - deyə o qeyd edib.

Z.Səmədzadə Vergilər Nazirliyinin xətti ilə vergi yığımının 60%-nin qeyri-neft sektorunu təmin etməsini müsbət hal kimi dəyənləndirir. “2003-cü ildə qeyri-neft sektoru müəssisələrindən dövlət büdcəsinə daxilolmalar Vergilər Nazirliyinin xətti ilə bütün vergi yığımının 52-53%-ini formalaşdırıb. Bununla yanaşı, 2003-cü illə müqayisədə 2010-cu ildə qeyri-neft sektoru müəssisələrindən dövlət büdcəsinə vergi ödənişləri 5,4 dəfə artıb”, - deyə o əlavə edib.

Bundan başqa, parlament komitəsinin rəhbəri vergi ödəyiciləri arasında vergi mədəniyyətinin artırılması üçün vergi orqanları tərəfindən tədbirlərin keçirilməsinin vacibliyi haqqında fikir söyləyib.

“Biz həmçinin yaz sessiyasında Vergi Məcəlləsinə düzəlişlər layihəsinin parlamentə təqdim ediləcəyini gözləyirik”, - deyə Z.Səmədzadə vurğulayıb.

Xəbər verildiyi kini, 2010-cu ildə mənfəət vergisi üzrə Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 429 mln. 824,9 min manat və ya Vergilər Nazirliyinin xətti ilə bütün yığımların 33,3%-ni təşkil edib.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır