AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
18.04.2011
Milli Məclis “İcbari sığortalar haqqında” qanun layihəsini ikinci
oxunuşda qəbul etmişdir

Milli Məclisin aprelin 8-də keçirilmiş iclasında “İcbari sığortalar haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunmuşdur.
Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, bu qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləyəcək, bu sahədə sığortaçıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında icbari sığortaların həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu Qanunda nəzərdə tutulmuş ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını və şərtlərini müəyyən edəcəkdir.
Qanunun əsas məqsədi ölkədə sığorta bazarını inkişaf etdirmək, bu yolla əhalinin sosial müdafiəsinin gücləndirilməsinə köməklik göstərməkdir.
Bildirilmişdir ki, əhalinin sosial müdafiəsində sosial sığorta sistemi əvəzedilməzdir. Azərbaycanda sosial sığorta sisteminin təkmilləşdirilməsi ölkənin iqtisadi inkişafı ilə yanaşı sığorta bazarının da genişlənməsinə müsbət təsir göstərəcəkdir.
Sonda layihə səs çoxluğu ilə ikinci oxunuşda qəbul edilmişdir.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır