AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
14.05.2011
Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığı fəal inkişaf edir
 
Belarus və Azərbaycan irəliyə doğru fəal hərəkət edir və bütün istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük perspektiv imkanlara malikdirlər. BELTA agentliyinin verdiyi məlumata görə, bu fikri Belarus Respublikasının iqtisadiyyat, büdcə və maliyyə şurasının daimi komissiyasının sədri Vadim Popov bu gün Minskdə Azərbaycan Milli Məclisinin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ilə görüşdə söyləmişdir.
Vadim Popov vurğulamışdır ki, cari ilin iki ayı ərzində ikitərəfli əmtəə dövriyyəsinin həcmi 313 milyon dollardan çox olmuşdur. Ölkələrimiz arasında 60-dan çox müxtəlif müqavilə və saziş reallaşdırılmışdır. Bundan əlavə bir sıra sənədlər, o cümlədən Ticari-İqtisadi Əməkdaşlıq haqqında müqavilə hazırlanır.
V.Popov beynəlxalq aləmdə Belarusu dəstəkləyən Azərbaycan parlamentinə təşəkkürünü bildirmişdir.
Ziyad Səmədzadə isə öz növbəsində demişdir: “Biz Belarusu özümüzə doğma ölkə hesab edirik”. O həmçinin vurğulamışdır ki, Azərbaycan bu ölkənin iqtisadiyyatı modernləşdirmə xəttini və bütövlükdə dövlətin idarə edilməsi siyasətini tamamilə dəstəkləyir.
Z.Səmədzadə aprelin 11-də Minskdə törədilmiş terror aktı ilə əlaqədar başsağlığı vermişdir. Azərbaycan parlamentinin nümayəndəsi demişdir: “Biz sizin dərdinizə şərik olduğumuzu bildiririk. Bu akt Belarusda vəziyyətin sabitliyini pozmağa yönəlmişdi, lakin mən əminəm ki, Belarus xalqı bu sınaqdan da uğurla çıxacaqdır”.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır