Səbail rayonunun qocaman və tanınmış təhsil ocaqlarından biri olan 190 saylı məktəbdə son zəng çalınmışdır. Bu il özünün 64-cü buraxılışını həyata keçirən təhsil ocağını 6 sinifdə 93 şagird bitirir. Respublika miqyaslı bilik olimpiadalarının qalibi olmuş Aydan Cavadova “Qızıl medal” almağa namizəddir. Məktəbin müəlliməsi Pərvanə Xəlilova “Ən yaxşı müəllim” müsabiqəsində qaliblər arasında olmuşdur. Əlamətdar tədbirdə çoxsaylı şagird və qonaqları salamlayan məktəbin direktoru, Əməkdar Müəllim Afət Bakıxanova bu il 11-ci sinfi bitirən məzunlara uğurlar arzulamış, məktəbi əla qiymətlərlə bitirmiş, həmçinin müxtəlif miqyaslı fənn olimpiadalarının qalibi olmuş bir qrup məzuna Fəxri fərmanlar təqdim etmiş, məzunların böyük əksəriyyətinin məktəbi əla və yaxşı qiymətlərlə bitirdiklərini xüsusi vurğulamışdır. Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri, akademik Ziyad Səmədzadə 11-ciləri təbrik etmiş, onlara müstəqil həyatda uğurlar arzulamışdır. Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət bədii proqram iştirakçılarda xoş ovqat yaratmışdır. Məktəb həyatına əlvida deyən məzunlar builki birincilərə hədiyyələr təqdim etmişlər. |