AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
08.06.2011
“Qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi. Müasir beynəlxalq təcrübə”
mövzusunda beynəlxalq konfrans keçirilmişdir
 
İyunun 8-də Bakıda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) “Qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi. Müasir beynəlxalq təcrübə” mövzusunda beynəlxalq konfrans keçirmişlər.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə “Azərbaycanda qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı” mövzusunda çıxış etmişdir.
Konfransda qiymətləndirmə fəaliyyətinin iqtisadiyyatdakı rolu, qiymətləndiricilərin özünütənzimləyən təşkilatının əhəmiyyəti, qiymətləndirici təşkilatların beynəlxalq assosiasiyaları və digər məsələlər müzakirə olunmuşdur.
MDB və Avropa ölkələrinin nümayəndələri bu sahədə öz təcrübələrini bölüşmüşlər.
Yeni işgüzar əlaqələrin qurulmasının perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır