AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
20.06.2011

"Ünvanlı sosial yardım alan şəxslərin mənzilləri dövlət hesabına icbari sığortalanacaq"

Milli Məclisin növbəti iclasında “İcbari sığorta haqqında” qanun layihəsinin müüzakirəsi gözlənilir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu sənədin hazırlanaraq müzakirəyə çıxarılması ölkədə aparılan iqtisadi islahatların davamıdır. Onun sözlərinə görə, layihədə daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi və daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin, eləcə də sərnişinlərin icbari sığortası məsələləri öz əksini tapıb.

"Sənədə əsasən, ünvanlı sosial yardım alan şəxslərin mənzillərinin icbari sığortası dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu isə aztəminatlı vətəndaşların sosial müdafiəsini təmin etmək məqsədi daşıyır. Burada həmçinin sağlamlığa və əmlaka dəyən maddi zərərin ödənilməsi, sığortalının və sığortaçının hüquq və vəzifələri göstərilib"- deyə komitə sədri vurğulayıb.

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır