AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
27.09.2011
Azərbaycan sivil inkişaf yolu ilə irəliləyir və bu, müstəqilliyimizin
əbədi olacağına təminat verir

Azərbaycan sivil inkişaf yolu ilə inamla irəliləyir və bu, müstəqilliyimizin əbədi olacağına təminat verir.
AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə demişdir.
Akademik bildirmişdir ki, Azərbaycan 20 ildir müstəqil dövlət kimi yaşayır. Cəsarətlə deyə bilərik ki, bu müddətdə biz onilliklərə bərabər yol keçmişik. İlk növbədə, Azərbaycanda yeni iqtisadi sistem yaradılmışdır. 20 ildə əldə etdiyimiz nailiyyətlər bir daha göstərdi ki, getdiyimiz yol tamamilə düzgün yoldur.
Z.Səmədzadə vurğulamışdır ki, 20 ildə əldə etdiyimiz nailiyyətlər nəticəsində Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun həcmi on dəfədən çox artmışdır. Azərbaycanın digər makroiqtisadi göstəriciləri də yüksəkdir. Ölkəmiz dünyanın neft siyasətində aparıcı rol oynayan dövlətə çevrilmişdir və beynəlxalq aləmdə nüfuz sahibidir.
Strateji məkanda yerləşən Azərbaycan qonşuları ilə də balanslaşdırılmış siyasət aparır.

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır