AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
19.01.2012
“Təhsil kreditləri haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur

Yanvarın 19-da Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilmişdir. İclasda komitənin ötən ilin payız sessiyasında gördüyü işlərin hesabatı dinlənilmiş, 2012-ci il yaz sessiyası üçün qanunvericilik işləri planı və “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Komitə sədri, akademik Ziyad Səmədzadə demişdir ki, rəhbərlik etdiyi qurum payız sessiyasında məhsuldar işləmiş, ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edəcək mühüm qanunların qəbuluna nail olunmuşdur. Yaz sessiyasında da bir sıra vacib qanunlar hazırlanaraq Milli Məclisin müzakirəsinə çıxarılacaqdır.
Sonra Z.Səmədzadə “Təhsil kreditləri haqqında” qanun layihəsini müzakirəyə təqdim etmişdir. Bildirilmişdir ki, komitənin üzvləri tərəfindən hazırlanmış bu qanun layihəsi ilə bağlı İqtisadi İnkişaf və Təhsil nazirliklərindən, Mərkəzi Bankdan və digər əlaqədar təşkilatlardan rəy alınmışdır.
Sonra layihənin həmmüəllifi Əli Məsimli sənəd barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu qanun Azərbaycan Respublikasında təhsil kreditlərinin verilməsi və qaytarılması prosesində borcalan, borcverən və təhsil müəssisələri arasındakı münasibətləri tənzimləyəcək, eləcə də təhsil kreditləri sisteminə dövlət dəstəyinin verilməsinin qaydalarını müəyyən edəcəkdir.
Qanun layihəsində əsas anlayışlarla yanaşı, qanunun məqsədi, kreditlərin əhatə dairəsi, forması və istiqamətləri, təhsil kreditlərinin verilməsinin əsas prinsipləri, maliyyələşmə mənbələri, təhsil kreditinin məbləği, faiz dərəcəsi, bu kreditlərin qaytarılması və s. müddəalar əksini tapmışdır.
Qeyd olunmuşdur ki, layihədə sosial xarakterli təhsil kreditlərinin faizsiz, kommersiya xarakterli kreditlərin isə 5 faiz dərəcəsi ilə verilməsi nəzərdə tutulmuşdur.
Müzakirələr zamanı komitə sədrinin müavini Çingiz Əsədullayev, layihənin digər həmmüəllifi deputat Vahid Əhmədov, deputatlardan İlham Əliyev, Xanhüseyn Kazımlı və başqaları qanun layihəsi ilə bağlı fikirlərini bölüşmüş, rəy və təkliflərini bildirmişlər.
Sonda iş planı təsdiq edilmiş, qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır