AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
05.10.2012
Azərbaycanın yaxın gələcək üçün inkişaf strategiyasında qarşıya bir sıra vəzifələr qoyulmuşdur ki, onlardan biri də orta sinfin daha sürətlə formalaşmasıdır. AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə söyləmişdir. Komitə sədri bildirmişdir ki, dünyada Azərbaycandan da çox neft ixrac edən ölkələr vardır. Ancaq dövlətimizi həmin ölkələrlə müqayisə edəndə bu nəticəyə gəlmək olar ki, düşünülmüş iqtisadi siyasətlə sosial siyasət arasında qarşılıqlı əlaqə cəmiyyətimizin inkişafına böyük təkan verir. Aparılan iqtisadi islahatlar, görülən işlər kifayət qədər əsas verir ki, biz orta sinfi dünya standartlarına cavab verən səviyyəyə çatdıraq. Z.Səmədzadə qeyd etmişdir ki, dünyada sahibkarlıq ölkənin strateji resursu hesab olunur. Ölkədə sahibkarlıq varsa, deməli, strateji resurs kimi o, iqtisadi inkişafa təsir edir. Hansı ölkədə orta sinif varsa, orada yüksək inkişaf və sabitlik vardır. Biz 20 ildir ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bu müddətdə orta sinif yaranmışdır. Azərbaycanın gələcəyi şübhəsiz ki, orta sinfin inkişafı ilə bilavasitə əlaqəlidir.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır