|
|
|
|
|
|
|
|
20.11.2012 |
|
Oktyabrın 9-da Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilmişdir.
İclasda “F.İ.İbrahimovun Azərbaycan Respublikasının Hesablama Palatasının auditoru təyin edilməsi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihələri müzakirə olunmuşdur.
Komitənin sədri, akademik Ziyad Səmədzadə Fazil İbrahim oğlu İbrahimovun əmək fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, o, ikinci dəfədir ki, quruma auditor təyin olunur.
Komitə üzvləri F.İbrahimovun Hesablama Palatasına ikinci dəfə auditor təyin edilməsi ilə bağlı namizədliyini müdafiə etmişlər.
F.İbrahimovun auditor təyin edilməsi barədə qanun layihəsi Milli Məclisə tövsiyə olunmuşdur.
Sonra “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi müzakirə edilmişdir.
Bildirilmişdir ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsinə uyğun olaraq ölkəmizdə ölçmələrin vəhdətinin hüquqi və təşkilati əsaslarını müəyyən edəcəkdir.
Layihədə ümumi anlayışlarla yanaşı, qanunun məqsədi və tətbiq dairəsi, ölçmələrə tələblər, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin vəzifələri və digər müddəalar əksini tapmışdır.
Müzakirələr zamanı deputatlar qanun layihəsinin əhəmiyyətindən danışmışlar. |
|
|
|
|
|
|
|
|
|
|