AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
07.12.2012
Milli Məclisin İqtisadi siyasət komitəsində “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olunmuşdur Noyabrın 23-də Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilmişdir. İclasda “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olunmuşdur. AzərTAc xəbər verir ki, iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə yeni qanun layihəsi haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, hazırda mövcud olan qiymətləndirmə haqqında qanun Milli Məclis tərəfindən 1998-ci ildə qəbul edilmişdir. Lakin ötən müddət ərzində Azərbaycanın iqtisadi inkişaf tempinin sürətlənməsi və cəmiyyətdə bazar iqtisadiyyatı prinsiplərinin tamamilə bərqərar olması qiymətləndirmə fəaliyyəti haqqında yeni qanunun qəbul edilməsi zərurətini meydana çıxartmışdır. Qanun layihəsinin müəllifi deputat Xanhüseyn Kazımlı demişdir ki, bazar iqtisadiyyatı şəraitində banklar ilə kredit alanların arasındakı münasibətlərin tənzimlənməsi üçün yeni qanuna ehtiyac vardır. Bu gün Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət tərəfindən geniş imkanlar yaradılmışdır. Sahibkarlar girov müqabilində kredit alarkən əmlakın qiymətləndirilməsi məsələsi ortaya çıxır. Oxşar problem ipoteka kreditlərinin alınmasında da müşahidə edilir. Yeni qanun bu məsələləri tənzimləməklə yanaşı əmlak alqı-satqısı zamanı vergidən yayınmanın da qarşısını alacaqdır. Bəzən qanundakı boşluqlardan istifadə edərək ölkədə fəaliyyət göstərən banklar kredit verərkən girov qoyulan əmlakı həddən artıq dərəcədə baha və yaxud da çox ucuz qiymətləndirirlər ki, bu da ədalətli olmur. Qanun layihəsi 3 fəsil və 39 maddədən ibarətdir. Layihə hazırlanarkən Türkiyənin, Macarıstanın, İsveçrənin və başqa dövlətlərin müvafiq təcrübəsindən istifadə olunmuşdur. Qanun layihəsinin əsas əhəmiyyəti qiymətləndirmə zamanı əmlakın bazar dəyərinin obyektiv şəkildə üzə çıxarılması, vətəndaşların rahatlığı və dövlət büdcəsinin gəlirlərinin artırılmasından ibarətdir. Bütün bunlarla yanaşı, qəbul olunacağı təqdirdə qanun Azərbaycan dövlətinə Ermənistanın təcavüzü və Dağlıq Qarabağın işğalı nəticəsində dəymiş ziyanın dəqiq hesablanmasına şərait yaradacaqdır. Müzakirələrdə İqtisadi İnkişaf və Vergilər nazirliklərinin, Mərkəzi Bankın və qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış edərək qanun layihəsinə dair təklif və iradlarını bildirmişlər. Sonda müzakirədə səsləndirilmiş təkliflər nəzərə alınmaqla qanun layihəsinin təkmilləşdirilməsi üçün işçi qrupu yaradılmış və layihənin əlaqədar nazirlik və idarələrə göndərilməsi qərara alınmışdır.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır