AZE | РУС
 
FOTO QALEREYA
Müsahibələr
Beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının yaradılması dinamik və keyfiyyətli inkişafa xidmət edir

Müsahibimiz Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri akademik Ziyad Səmədzadədir.

Ziyad müəllim, 2009-cu ilin ilk yarısı artıq geridə qalmışdır. İqtisadi Siyasət Komitəsinin sədri kimi bu dövr ərzində komitənin fəaliyyətini necə qiymətləndirirsiniz?

Nəzərinizə çatdırmaq istəyirəm ki, qanunvericilik səviyyəsində 2009-cu il yaz sessiyasında İqtisadi Siyasət Komitəsi tərəfindən 39 məsələyə baxılmış, 37 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuş, 36 qanun layihəsi Milli Məclisin müvafiq iclaslarında qəbul olunmuşdur. Ölkənin dinamik və keyfiyyətli inkişafı və maliyyə böhranı şəraitində qabaqlayıcı tədbirlər kimi hesab edirəm ki, əmanətlərin sığortalanması qanunnuna əlavə və dəyişikliklərrlə yanaşı aşağıdakı qanunların qəbul olunması da xüsusi əhəmiyyət kəsb edir. Belə qanunlara "Milli Bank haqqında", "Vergi Məcəlləsi", "Büdcə sistemi haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında" qanunlara əlavə və dəyişiklikləri və "Xüsusi İqtisadi zonalar haqqında" qanunu misal göstərmək olar.

Bildiyimiz kimi 2008-ci ildən bütün dünyada tüğyan edən maliyyə böhranının Azərbaycana təsiri az olmuşdur. Bunun başlıca səbəbləri isə dövlət və hökumət tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsidir. Bu məqsədlə labüd olaraq qanunvericilik səviyyəsində də müvafiq qanunlar qəbul olunmuş və mövcud olan qanunlara əlavə və dəyişikliklər edilmişdir. Eyni zamanda, İqtisadi Siyasət Komitəsi tərəfindən də böhrana qarşı Azərbaycan iqtisadiyyatının müqavimətinin artırılmasına xidmət edən qanunvericilik aktları qəbul edilmişdir.

Misal üçün, əmanətlərin sığortalanması haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi zamanı sığorta fondunun məbləği 6 mindən 30 min manata qaldırılması vacib məsələlərdən idi.

01.01.2009-cu il tarixinə ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici valyuta ilə əmanət və depozitlərin artım tempi 50,8%, milli valyuta ilə əmanət və depozitlərin artım tempi isə 12,5% təşkil etmişdir. Dövrün sonuna cəlb olunan əmanət və depozitlərin 41,5%-i milli valyutada, 58,5%-i isə xarici valyutada olmuşdur. Xarici valyuta ilə əmanət və depozitlərin xüsusi çəkisi isə 28,4% təşkil etmişdir.

Əmanət və depozitlərin artımı (ötən ilin müvafiq dövrü ilə müqayisədə, faizlə)

Cari əmanət və depozitlər 01.01.2007 01.01.2008 01.01.2009

Əmanətlər 65,7 79,8 29,6

Depozitlər 53,6 44,7 33,9

Maliyyə böhranının ölkəmizə təsirinin az olması əmanətlərin mütləq kəmiyyətində bilavasitə özünü göstərməkdədir. Belə ki, əgər 01.01.2007-ci il tarixinə əmanətlərin midarı 826,4 milyon manat olmuşdusa, bu rəqəm 01.01.2008-ci il tarixinə 1468,4 milyon manat, 01.01.2009-cu il tarixinə 1903,7 milyon manat, 01.05.2009-cu il tarixinə isə 1912,9 milyon manat təşkil etmişdir. Göründüyü kimi əmanətlərin dinamikasında müsbət meyyillər güclənir. Buna hər şeydən öncə Mərkəzi Bank tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində manatın məzənnəsinin sabit saxlanılmasına nail olunması səbəb olmuşdur. Bu məsələdə hər şey necə deyərlər ölçülür, biçilir... Heç uzağa getməyərək yalnız qonşularımızın (Ermənistanda defolt təhlükəsi yaranmışdı) bu sahədəki siyasətinə baxsaq yuxarıda söylənilən fikirlərin əsaslı olduğunu görərik.

Bütün dünyada bankların kredit ehtiyatları azalmış, maliyyə kasadlığı hiss olunmuş, çoxsaylı nəhəng şirkətlər bağlanmış və proses indi də davam edir. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində respublikamızda bu kimi neqativ təsirləri neytrallaşdırmaq sahəsində cəsarətli addımlar atılmışdır. Belə ki, ölkə üzrə kredit qoyuluşları aşağıdakı kimi olmuşdur: 01.01.2007-ci il tarixinə 2370,6 milyon manat, 01.01.2008-ci il tarixinə 4553,7 milyon manat, 01.01.2009-cu il tarixinə 7016,5 milyon manat və 01.05.2009-cu il tarixinə 6180 milyon manat. Görülmüş tədbirlərin nəticəsində Mərkəzi Bank ötən il uçot dərəcəsini 15-dən 8-ə, bu ilin əvvəlində isə iki mərhələdə 8-dən 3%-ə endirmişdir. 25 may 2009-cu ildən isə uçot dərəcələri yenidən aşağı salınaraq 2%-ə çatdırılmışdır.

Digər bir qanuna - "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən isə 10-cu maddəyə yeni 3-cü bənd əlavə edilmişdir. Həmin əlavəyə əsasən təsisçiləri xarici vətəndaşlar və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxunun xarici vətəndaşlara və ya xarici hüquqi şəxslərə məxsus olan xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.

Məlumdur ki, maliyyə böhranı şəraitində bank sisteminin dayanıqlığının təmin olunması vacib məsələlərdən biridir. Sizcə, "Milli Bank haqqında" qanuna edilmiş əlavə və dəyişikliklər bu məqsədə nail olmağa imkan verəcəkmi?

Hal-hazırda bütün dünya böhran şəraitində yaşayır və bunun müəyyən dərəcədə Azərbaycana təsirləri sezilməkdədir. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatını beynəlxalq institutlar və müstəqil ekspertlər də böhrana ən dözümlü hesab edirlər. "Milli Bank haqqında" Qanuna dəyişikliklərin əsas mahiyyəti də qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində belə təsirləri bacardıqca minimuma endirməkdən ibarətdir.

Bilirsiniz ki, 18 mart 2009-cu il tarixdə referendum nəticəsində Azərbaycan Milli Bankının adı dəyişdirilmişdir, onun adı artıq Azərbaycan Mərkəzi Bankıdır və bununla əlaqədar olaraq "Milli Bank haqqında" və digər qanunlarda belə bir dəyişiklik edilmişdir.

Digər dəyişikliklərdən yalnız bir neçəsini şərh etmək istərdim. Məlum olduğu kimi "Milli Bank haqqında" Qanunun 49-cu maddəsinə əsasən bank sistemi sabitliyinin təmin edilməsi, bank kreditorları və əmanətçilərinin maraqlarının qorunması məqsədi ilə Mərkəzi Bank özünün müəyyən etdiyi qayda və şərtlər daxilində banklara kreditlər, o cümlədən, subordinasiya kreditləri verə bilər. Bu günlərdə isə bank sektorunun sabitliyinin təmin olunması, maliyyə sabitliyi ən mühüm problemlərdən biridir və bildiyiniz kimi, qanunvericilikdə Mərkəzi Bankın kredit vermək imkanları ancaq 6 ayla məhdudlaşırdı və 6 ay müddətinə uzadıla bilərdi.

"Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi" adlanan 49.1-ci maddəyə edilmiş dəyişikliyə əsasən Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədi ilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.

Hesab edirəm ki, bu çox prinsipial bir yenilikdir. Iqtisadi Siyasət Komitəsi bu təklifi də müdafiə etdi. Burada real sektora məqsədli kreditlərin verilməsi mexanizmi qoyulur. Hal-hazırda bu çox aktual bir məsələdir. Bir sıra böyük müəssisələr, birliklər var ki, onların çox ciddi olaraq maliyyə dəstəyinə ehtiyacları var və açıq demək lazımdır, bu gün bankların belə dəstəyi həyata keçirmək üçün resursları yoxdur. Mərkəzi Bank isə dövlət zəmanəti əsasında müəssisələri bu resurslarla təmin edə bilər.

Məsələnin müzakirəsi zamanı E.Rüstəmov dedi: "Əgər dünyanın mərkəzi banklarının son səkkiz, doqquz ayda balanslarına baxsaq görərik ki, onların real iqtisadiyyata qoyduqları maliyyə vəsaitinin həcmi iki dəfəyə qədər artıbdır. Siz yəqin ki, bilirsiniz, Amerikada "Rezerv-bank" və digər banklar həm bank sektoruna, həm də iri müəssisələrə böyük həcmdə kreditlər verirlər, onların vəziyyətini sabitləşdirməyə çalışırlar. Məhz belə bir mexanizm bizim qanunvericilikdə də öz əksini tapmışdır. Təbii ki, belə bir yardım borc öhdəliklərinin, qiymətli kağızlarlın bazarda alınması vasitəsilə də edilə bilər".

Banklardan depozitlərin qəbul olunması mexanizmi mövcud qanunvericilikdə nəzərdə tutulmuşdu, dəyişiklik nəticəsində isə Mərkəzi Bank artıq bankların özlərində də depozitlər yerləşdirə bilər, o bunu həm milli valyutada, həm də xarici valyutada edə bilər. Burada xarici valyutada kreditlərin verilməsi mexanizmi qoyulur. Tutaq ki, hər hansı bir bankın bu gün xarici borcu var, əgər o müəyyən bir dövr ərzində xarici borcu ödəməkdə çətinlik çəkirsə, Mərkəzi Bank onlara valyutada likvidlik verə bilər, bu, müəyyən maliyyə institutları ilə məzənnə riskinin aradan qaldırılmasına xidmət edir.

Bütövlükdə qanuna edilən dəyişikliklərin əsas mahiyyətini bir daha qeyd etmək istəyirəm. Məqsəd Mərkəzi Bankın bir institut kimi çevikliyinin artırılması, onun tətbiq etdiyi alətlərin genişləndirilməsi və bu vasitə ilə indiki şəraitdə böhrana qarşı tədbirlərin reallaşdırılması, böhran dövründə və böhrandan sonra iqtisadi siyasətin digər qanadları vasitəsilə birgə iqtisadiyyatın düşdüyü vəziyyətdən çıxarılması üçün lazımi mexanizmlərin, o cümlədən də pul-kredit mexanizmlərinin yaradılmasıdır.

Bizim fikrimiz ondan ibarətdir ki, müasir şəraitdə pul-kredit siyasəti, məzənnə siyasəti xeyli yumşaldılsın, real sektorla əlaqə güclənsin. Yalnız bu şəraitdə biz iqtisadiyyata lazımi likvidlik verə, orta və kiçik sahibkarlığı dəstəkləyə və bunun əsasında iqtisadiyyatın davamlı inkişafına nail ola bilərik. Biz orta və kiçik sahibkarlığın, ixracyönümlü biznesin, innovasiyalı iqtisadiyyatın və bütövlükdə qeyri-neft sektorunun inkişafına nail olmalıyıq. Bütün bu problemlərin həlli üçün isə təsirli iqtisadi mexanizmlər yaradılmalıdır ki, bu iş də qanunvericilik dəstəyini daha səmərəli etməyi tələb edir.

Azərbaycanın dinamik inkişaf etməsi nəticəsində hər il Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilir. Bu ilki dətişikliklərin mahiyyəti nədən ibarətdir?

Azərbaycanda bütövlükdə iqtisadi islahatların hüquqi bazası ildən-ilə təkmilləşir, Vergi Məcəlləsinin qəbulu ilə Azərbaycanın maliyyə-bank sistemində, bütövlükdə idarəetmə sistemində, dövlət quruculuğunun təkmilləşməsi istiqamətində böyük işlər görülmüşdür. Ölkənin maliyyə imkanlarının genişlənməsində Vergi Məcəlləsində nəzərdə tutulan müddəaların yerinə yetirilməsi böyük əhəmiyyət kəsb etmişdir. Artıq bir neçə ildir ki, Azərbaycan hökuməti Vergi Məcəlləsinin prinsiplərini əsas tutaraq Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında demək olar ki, çətin problemlərlə üzləşmir. Bütövlükdə, Vergilər Nazirliyinin və digər iqtisadi qurumların fəaliyyəti Dövlət büdcəsinin gəlirlərlə əlaqədar olaraq proqnozlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edir. Lakin Azərbaycan iqtisadiyyatının daha sürətli və keyfiyyətli inkişafı Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsini zərurətə çevirir. Sahibkarlıq mühitinin yaxşılaşması, vergi mədəniyyətinin yüksəlməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemində beynəlxalq təcrübədən istifadə olunması vacib şərtlərdəndir və ona görə də Vergi Məcəlləsində yuxarıdakıları nəzərə almaqla dəyişikliklərin edilməsinə ehtiyac vardır. Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklər heç şübhəsiz ki, Azərbaycan iqtisadiyyatında baş verən pozitiv meylləri, meydana çıxan problemləri nəzərə almışdır və ona görə də İqtisadi Siyasət Komitəsi müvafiq qanun layihəsini Milli Məclisin müzakirəsinə çıxarmağı məqsədəuyğun hesab etdi. Qanun layihəsi ətraflı müzakirədən sonra qəbul olundu.

46 əlavə və dəyişikliyi nəzərdə tutan "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi aşağıdakı istiqamətləri əhatə edir:

Vergi ödəyicilərinin hüquqlarının artırılması və mənafelərinin qorunması (19 dəyişiklik), vergi inzibatçılığının müasirləşdirilməsi (16 dəyişiklik), vergi nəzarətinin təkmilləşdirilməsi (7 dəyişiklik), redaktə xarakterli əlavə və dəyişikliklər (4).

Redaktə xarakterli düzəlişlər vergilərin hesablanması və ödənilməsi mexanizminə təsir etməməklə, əsasən bir sıra maddələrin daha dəqiq ifadə olunması, gələcəkdə Məcəllənin müddəalarının müxtəlif mənalarda izah olunmasının qarşısının alınması məqsədini daşıyır.

Vergi ödəyicilərinin hüquqlarının artırılması və mənafelərinin qorunması məqsədilə məcəlləyə təklif olunan dəyişikliklər, əsasən vergi yükünün aşağı salınmasına, hüquqi şəxslər və fərdi sahibkarlar arasında vergi yükünün bərabərləşdirilməsinə xidmət edir.

Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinin 59.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən vergilərin vaxtında ödənilməməsinə görə faizlər vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərtilə, tətbiq ediləcəkdir.

Bildiyiniz kimi, hal-hazırda vergi borclarına görə faizlər illər üzrə məhdudiyyət qoyulmadan hesablanır ki, bu da bəzi hallarda vergi ödəyicilərinin ağır maliyyə vəziyyəti ilə müşahidə olunur. Qanun layihəsinə görə gələn ildən vergi borclarına görə hesablanan faizlərin maksimum müddəti bir il olacaqdır.

Son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək haqqının dinamikasında müsbət meyllər güclənmişdir. Bununla bərabər bir sıra sahələrdə işçilərin və onlara verilən əmək haqqlarının düzgün rəsmiləşdirilməsini təmin etmək məqsədilə inzibati tədbirlər, stimullaşdırıcı ad

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır