AZE | РУС
 
FOTO QALEREYA
Müsahibələr
2009-cu ilin dövlət büdcəsi: böhrana davamlı, dayanıqlı büdcə

Hörmətli, Ziyad müəllim bu yaxınlarda Milli Məclisdə 2009-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə olundu və qəbul olundu. Ötən ilin büdcəsi nə dərəcə də reallığı əks etdirir?

Bildiyimiz kimi «Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikası Qanununun layihəsi və 2009-ci il dövlət büdcəsinin icrasına dair hesabat «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmişdir.

Bu bir mühim faktdır ki, ölkədə dövlət büdcəsinin icrasının müzakirəsi cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm hadisə kimi qiymətləndirilir. İqtisadi Siyasət Komitəsində 2009-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zamanı bir daha vurğulandı ki, son illər ölkəmizin dinamik inkişafını təmin edən amillərdən biri də ölkənin maliyyə imkanlarının genişlənməsi və onlardan səmərəli istifadə edilməsi, ali maliyyə-iqtisadi sənədi sayılan dövlət büdcəsinin sosial-iqtisadi tərəqqidə rolunun artmasıdır. Hazırda dövlət büdcəsi vasitəsilə ÜDM-in 27-30%-i bölüşdürülür ki, bu da kifayət qədər yüksək göstəricidir.

Prezident İ.Əliyevin çıxışlarında 2009-cu ildə ölkənin makroiqtisadi vəziyyəti barədə əsaslı məlumatlar öz əksini tapmış, iqtisadi inkişafın prioritet istiqamətləri, onların reallaşmasında dövlət büdcəsinin rolu haqqında ümumiləşdirici strateji əhəmiyyət kəsb edən fikirlər söylənilmişdir. 2009-cu ildə Azərbaycan dünya böhranına ən az məruz qalan ölkə kimi nüfuz qazanmışdır. Bunu 2009-cu ilin makro-iqtisadi göstəriciləri, büdcənin parametrləri əyani surətdə sübut edir.

Məhz bu baxımdan, dövlət büdcəsinin icrası haqqında Milli Məclisə təqdim edilən qanun layihəsi öz dolğunluğu, əhatəliyi və keyfiyyətli məzmunu ilə fərqlənir.

Qanun layihəsi "Büdcə sistemi" haqqında qanunun tələblərinə uyğun professional səviyyədə hazırlanıb, bir il ərzində hökumət tərəfindən büdcənin icrası ilə bağlı bütün əsas məsələləri əhatə edir və kifayət qədər kompleks təhlil aparmağa şərait yaradır.

Dövlət büdcəsinin icrası barədə təqdim olunmuş qanun layihəsi əyani sübut edir ki, dövlətin maliyyə resurslarının istifadəsində şəffaflıq amilinə xüsusi fikir verilir və bu iş ildən-ilə daha geniş vüsət alır.

Böhranın təsirlərinə baxmayaraq, aparılmış məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizin maliyyə mövqeyi də xeyli möhkəmlənmiş, dövlətin məcmu valyuta ehtiyatlarının (Mərkəzi Bankın, Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin valyuta vəsaitlərinin) davamlı artımı təmin edilmiş və onların ümumi həcmi 2010-cu il 1 yanvar tarixinə 20,0 mlrd ABŞ dollarını ötmüşdür.

Müzakirələr zamanı millət vəkilləri təqdim edilmiş materiallarda ölkədəki iqtisadi mühiti, makro-iqtisadi göstəricilərin müsbət, obyektiv qiymətləndirilməsini xüsusi olaraq qeyd etdilər.

Həqiqətən də, 2009-cu ildə də real sektorun inkişafı, investisiya proqramları üzrə prioritetlərin müəyyənləşdirilməsi, sahibkarlara verilən güzəştli kreditlərin həcminin artırılması, qeyri-neft sektorunun inkişafı, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində işlər daha geniş miqyasda davam etdirilmişdir.

Bəs, ötən il də davam edən dünya böhranının Azərbaycana təsirini necə qiymətləndirirsiniz?

Qeyd etmək istəyirəm ki, dünya iqtisadiyyatında baş verən çox ağır proseslərə baxmayaraq Azərbaycan iqtisadiyyatı yenə də liderliyini qoruyub saxlamış və böhrana münasibətdə dayanıqlılıq göstərmişdir. 2009-cu ildə ÜDM-in real artım tempi 2008-ci illə müqayisədə 9,3%, onun adambaşına düşən həcmi isə 7,9% artmışdır. Müqayisə üçün onu qeyd etmək olar ki, ÜDM-in artımı Fransada -2,2%, Böyük Britaniyada -4,9%, Almaniya və İtaliyada -5,0%, MDB ölkələrindən Rusiyada -7,9%, bir çox göstəricilərinə görə keçmiş SSRİ respublikaları arasında öndə gedən Estoniyada -14,1%, Ermənistanda -14,4% olmuşdur. Neft ixrac edən ölkələrdə, məsələn, Səudiyyə Ərəbistanında ÜDM artımı cəmi 0,1%, İranda 1,8%, Norveçdə -1,5%, ABŞ-da -2,4%, Venesuelada isə -3,3% olmuşdur. Bütün bunlar reallıqdır və onlarla hesablaşmamaq olmaz.

Milli Məclisdə 2009-cu il dövlət büdcəsi təsdiq edilərkən 1 barel neftin qiyməti 70 dollar müəyyən edilmişdi. Amma dünya bazarında neftin qiyməti sürətlə aşağı düşməkdə davam edirdi. Nəticədə 2009-cu ildə neftin orta illik qiyməti 62,1 dollar oldu. Təbii ki, bu ölkənin valyuta ehtiyatlarına, ticarət dövriyyəsinə mənfi təsir etdi. Yəni hər iki amil çox ciddidir və əksər neft ixrac edən ölkələr, eləcə də başqaları bu mərhələni çox ağır keçirdilər. Bundan əlavə ölkədən borc öhdəlikləri ilə bağlı xeyli kapital çıxdı. Amma qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələrinin reallaşması, sahibkarlığa dövlət dəstəyinin artması iqtisadiyyatın dinamikliyinin pozulmasının qarşısını aldı. Əhalinin pul gəlirlərinin artması və onun inflyasiyanın artmasından bir neçə dəfə üstün olması təmin edildi (pul gəlirləri 8,0%, inflyasiya 1,5%).

Məhz belə yanaşmanın nəticəsidir ki, 2009-cu ildə dövlət büdcəsinin ÜDM-də xüsusi çəkisi 2008-ci illə müqayisədə 3,1% artaraq 29,9%-ni təşkil etmişdir. Baxmayaraq ki, Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 84,8% icra olunmuşdur.

Dövlət büdcəsinin icrası zamanı əsas diqqət yetirilməli olan məqam büdcə gəlirləri və xərclərinin kompleks təhlilidir. Son illərdə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycan Respublikasının maliyyə imkanları xeyli genişlənmiş, büdcə gəlirləri üzrə proqnozların müntəzəm olaraq yerinə yetirilməsi təmin edilmişdir. Lakin məlum obyektiv səbəblərlə əlaqədar olaraq 2009-cu il istisna təşkil edir. Ona görə də İqtisadi Siyasət Komitəsində büdcənin icrasının müzakirəsi zamanı səslənən bir sıra prinsipial məsələləri qeyd etmək istərdim. Son illər, xüsusilə də 2009-cu ildə büdcə daxilolmalarının strukturu bir sıra spesifik xüsusiyyətlərlə xarakterizə olunur ki, bu da Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək zəruriliyi və ölkənin maliyyə resurslarının formalaşmasını müəyyən edən amillərlə əlaqədardır. 2009-cu il dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 15,2%, 2008-ci illə müqayisədə 4,1% az olmuşdur. Büdcə gəlirlərinin icrasında kəsirin yaranmasının obyektiv səbəbləri var və bu barədə hökumətin təqdim etdiyi hesabatda və Hesablama Palatasının rəyində konkret səbəblər göstərilmişdir. Hasilatın 12,9 milyon ton, neftin qiymətinin yuxarıda qeyd olunduğu kimi dövlət büdcəsində müəyyən olunmuş səviyyədən 7,9 dollar aşağı düşməsi, təbii olaraq, neft amili hesabına büdcəyə daxil olmaları azaltdı. Büdcə daxilolmalarının 39,8%-i Vergilər Nazirliyi, 10,8%-i Dövlət Gömrük Komitəsi, 47,6%-i Dövlət Neft Fondunun payına düşür. Obyektiv olaraq belə bir struktur MDB ölkələrinin büdcə daxilolmalarından fərqlənir. Büdcə gəlirlərinin strukturunda Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların xüsusi çəkisi müəyyən dərəcədə azalmışdır ki, bu Neft Fondunda toplanmış vəsaitlərin müəyyən hissəsinin büdcəyə transfer edilməsi ilə əlaqədardır.

Böhranın təsiri kimi xarici investorlar ölkəmizin dövlət istiqrazları bazarından ümumi bazarın 60%-i səviyyəsində, bank sistemindən isə ümumi bank sisteminin valyutada aktivlərinin 20%-dən artıq vəsaitini xaricə çıxarmışlar.

Bütün bunlara baxmayaraq, 2009-cu il üçün nəzərdə tutulmuş əsas strateji məqsədlərə nail olunmuşdur. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində 2008-ci illə müqayisədə əhalinin banklardakı əmanətləri 22,7%, pul gəlirləri 8,0%, adambaşına düşən gəlirləri isə 6,7% artmışdır.

Siz bütün bunları vaxtında görülmüş qabaqlayıcı tədbirlərlə izah edirsiniz? Qabaqlayacı tədbirlər kimi konkret olaraq hansı işlər həyata keçirilmişdir?

Hökumət, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, büdcənin formalaşması və icrasında iştirak edən digər qurumlar dövlət başçısının tapşırıqlarını əsas tutaraq dünya maliyyə böhranı şəraitində qlobal dünya iqtisadiyyatında gedən prosesləri diqqətlə izləmiş və böhranın ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər görmüşlər. Milli Məclis tərəfindən qəbul olunmuş bir sıra qanunlar, mövcud qanunlara əlavə və dəyişikliklər ("Dövlət borcu" haqqında, "Büdcə sistemi" haqqında, "Əmanətlərin sığortalanması" haqqında) səmərəliliyin artmasına öz müsbət təsirini göstərmişdir. Bütün bunlar barədə İqtisadi Siyasət Komitəsinin iclasında ətraflı fikir mübadiləsi aparıldı.

Dünya maliyyə-iqtisadi böhranının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması, 2009-cu il dövlət büdcəsi gəlirlərinin icrası ilə bağlı yarana biləcək gərginliyin aradan qaldırılması məqsədi ilə 2009-cu ilin büdcəsinin bir sıra xərc maddələri üzrə (müdafiə olunmuş xərclər istisna olmaqla) 75,2 mln manat ixtisara salınmışdır.

Bu tədbirlərin davamı olaraq icrasına ötən illərdə başlanılmış tədbirlər və ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən layihələr saxlanılmaqla, 1,2 mlrd manat vəsaitə qənaət olunmuşdur.

Qeyd olunanlarla yanaşı, dövlət büdcəsi vəsaitlərindən istifadə üzrə nəzarətin səmərəliliyi artırılmış, bəzi büdcə təşkilatlarında ştat vahidləri üzrə vakant vəzifələrə görə əməyin ödənişi üzrə vəsaitin az açılması, kommunal və idarənin saxlanması xərclərinə (elektrik və istilik enerjisi, qaz və su haqqı və s.) qənaət edilməsi, ezamiyyətlərin sayının azalması, beynəlxalq təşkilatlara olan üzvlük haqqı xərclərinin daha da təkmilləşdirilməsi, limitdən artıq mal alışları və xidmətlərə yol verilməməsi kimi məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ümumilikdə, 2009-cu il dövlət büdcəsinin xərcləri üzrə 1,8 milyard manata qənaət olunmuşdur.

Xatırlayırsınızsa, sahibkarlığın inkişaf etdirilməsi, onun vergi yükünün azaldılması məqsədi ilə mənfəət vergisinin dərəcəsi 22-dən 20%-ə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35-dən 30%-ə, fərdi sahibkarlar üçün isə 35-dən 20%-ə endirilmişdir.

İqtisadi Siyasət Komitəsi belə hesab edir ki, sahibkarlığa və regionların inkişafına diqqətin daha da artırılması, imkanlardan səmərəli istifadə olunması heç şübhəsiz ki, büdcə gəlirinin formalaşmasında regionların rolunun artmasına təkan verəcəkdir.

2009-cu ildə kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi, subsidiyaların və dotasiyaların verilməsi davam etdirilmişdir. Hökumət Prezident İlham Əliyevin göstərişlərini əsas tutaraq təsərrüfatlara maliyyə-kredit, lizinq xidmətinin yaxşılaşdırılması istiqamətində konkret işlər görmüşdür. Əlbəttə, aqrar sektora dövlət qayğısı bundan sonra da artırılmalı, ilk növbədə yerli istehsalın inkişafı üçün mövcud olan imkanlar araşdırılmalı, sahibkarlara mane olan əngəllər aradan qaldırılmalı, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı proqramın yerinə yetirilməsi istiqamətində işlər daha genişləndirilməlidir. Dövlət başçısı hesab edir ki, bu sahəyə dövlət qayğısı daha intensiv şəkil almalı və mövcud problemlər öz həllini tapmalıdır.

Bildiyimiz kimi Azərbaycan iqtisadiyyatında keçid dövrünü arxada qoymuş və ölkədə bazar iqtisadi sistemi formalaşmışdır. Qeyd etmək lazımdır ki, ötən illərdə olduğu kimi hesabat dövründə də sahibkarlığın inkişafı istiqamətində həyata kəçirilən tədbirlər öz müsbət təsirini vermişdir. Dövlət qeydiyyat sisteminin asanlaşdırılması («bir pəncərə» prinsipinin tətbiqi), müvafiq institusional işlərin görülməsi, dövlət tərəfindən real sektora güzəştli əsaslarla kreditlər formasında dəstəyin verilməsi ilə bağlı görülən tədbirlər təqdirəlayiqdir.

2009-cu ilin dövlət büdcəsində sahibkarlığın inkişafı ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 74,1 milyon manat vəsait ayrılmış və tam istifadə olunmuşdur.

Ümumiyyətlə, dövlət büdcəsindən 2002-2009-cu illərdə SKMF-yə 364,2 milyon manat vəsait ayrılmışdır. Qaytarılmış kredit vəsaitləri və faizləri nəzərə almaqla 2009-cu ilin sonuna SKMF-nin kredit portfelinin həcmi 465,2 milyon manata çatmışdır (cəmi 9450 investisiya layihəsi, o cümlədən 2009-cu ildə 2101 layihə).

SKMF-ə 2010-cu il dövlət büdcəsində ayrılması nəzərdə tutulan vəsaitlər üzrə gözlənilən icra səviyyəsini, habelə son 7 ildə müvəkkil kredit təşkilatları tərəfindən SKMF-in vəsaitindən istifadə olunmuş məbləğləri nəzərə almaqla 2010-cu ilin sonuna Fondun kredit portfelinin təqribən 570,0-580,0 milyon manata çatacağını proqnozlaşdırmaq olar.

İpoteka kreditlərinin maliyələşdirilməsi üçün Azərbaycan İpoteka Fonduna (AİF) 2009-cu il dövlət büdcəsində Fondun nizamnamə kapitalının artırılması ilə bağlı xərclər üçün nəzərdə tutulmuş 14 milyon manat tam həcmdə ayrılmışdır.

Dünya iqtisadiyyatında böhranın davam etməsinə baxmayaraq, sosial müdafiə sisteminin gücləndirilməsi üçün əhalinin 2009-cu il 1 oktyabr tarixinə təbii qazdan istifadə üzrə yaranmış 327,0 mln manat məbləğində borcları dövlət büdcəsinin vəsaiti hesabına silinmişdir.

Görülmüş tədbirlər nəticəsində sosial göstəricilərin səviyyəsi xeyli yaxşılaşmı

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır