AZE | РУС
 
FOTO QALEREYA
Müsahibələr
SƏMƏRƏLİ BÜDCƏ SİYASƏTI QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏRİN İCRASI ÜÇÜN REAL İMKANLAR YARADIR

 

- Ziyad müəllim, ümumiyyətlə, son illər Azərbaycanın həyatında baş verən müsbət dəyişiklikləri necə xarakterizə etmək olar və bu nə dərəcədə 2009-cu ilin büdcəsində öz əksini tapıb?

- Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış və Azərbaycanın milli maraqlarına, dinamik və keyfiyyətli inkişafına, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyası artıq 5 ildir ki, İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Prezident seçkilərindən keçən beş il ərzində Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri dövründə respublikamızın iqtisadi qüdrəti daha da artmış, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.

Son 5 ildə ölkənin sürətli inkişafını təmin etmək məqsədi ilə milli maraqlara cavab verən investisiya siyasətinin təkmilləşməsi, real sektorun strukturunda keyfiyyət dəyişikliklərinin edilməsi, infrastruktur sahələrinin yenidən qurulması, iqtisadi inkişafın strateji resursu olan sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması, həyat səviyyəsini müntəzəm olaraq yüksəltmək fundamental vəzifələr kimi müəyyənləşdirilmiş və onların reallaşması təmin edilmişdir.

5 il ərzində Azərbaycan iqtisadiyyatının keçdiyi yol özünün miqyası, əhəmiyyəti və yaratdığı nəticələrə görə ölkə tarixində əvəzolunmaz bir dövr kimi qiymətləndirilə bilər. Son 5 ili Azərbaycanın bilavasitə təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli və irimiqyaslı infrastruktur layihələrinin dövrü kimi də xarakterizə etmək olar.

Məhz belə bir inkişafın nəticəsidir ki, Dünya Bankı ilə onun mühüm struktur vahidi olan Beynəlxalq Maliyyə Korporasiyasının dünya bölgələrində biznes mühitinə dair "Doing Business - 2009" hesabatında Azərbaycan 181 ölkə arasında bir nömrəli islahatçı ölkə elan olunub.

Onu göstərmək kifayətdir ki, 2003-2008 ÜDM-5,8 dəfə, valyuta ehtiyatları-10,9 dəfə, büdcə gəlirləri-8,6 dəfə, xərclər-9 dəfə, adambaşına büdcə gəlirləri-8,2 dəfə, xərclər-8,5 dəfə, əhalinin pul gəlirləri bir neçə dəfə artmışdır.

Sosial-iqtisadi inkişafın kompleks təhlili onu sübut edir ki:

- Azərbaycan yaxın və uzaq gələcəyə hədəflənmiş və elmi cəhətdən əsaslandırılmış inkişaf strategiyasına malikdir;

- Prezident İlham Əliyev qloballaşan dünya iqtisadiyyatında baş verən prosesləri, onların Azərbaycana təsirini obyektiv qiymətləndirmiş, dövlət və özəl sektor münasibətlərinin əsl partnyor, əməkdaşlıq münasibətlərinə çevrilməsi üçün sistemli tədbirlər həyata keçirmiş, ölkədə müəyyən edilmiş strateji kursun reallaşması üçün səmərəli icra mexanizmi yaratmışdır;

- Respublikada yeni iqtisadi sistemin daha da təkmilləşməsinə, inkişafın davamlılığına, iqtisadiyyatın diversifikasiya edilməsinə xidmət edən qanunvericilik bazası yaradılmışdır;

- İqtisadi, siyasi, hüqu qi və ümumiyyətlə, demokratik islahatların qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi, ölkənin iqtisadi qüdrətinin, maliyyə imkanlarının artdığı şəraitdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçilməsi təmin edilmişdir.

2003-2008-ci illərdə ölkə iqtisadiyyatının inkişaf dinamikası onu da deməyə əsas verir ki, ölkəmiz məqsəd və vəzifələri dəqiq müəyyənləşdirilmiş, keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək Azərbaycan modeli əsasında inkişaf edir.

Prezident İlham Əliyev deyir: "Biz çalışmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Baxmayaraq ki, bu nailiyyətlər də çox böyükdür, ancaq biz irəliyə baxmalıyıq, gələcəyə baxmalıyıq. Azərbaycanın uğurlu inkişafını təmin etmək üçün, Azərbaycanda bundan sonra da sabit inkişafı təmin etmək üçün, Azərbaycan xalqının bundan sonra da təhlükəsizlik şəraitində yaşaması üçün biz hər gün çalışmalıyıq. Bir daha demək istəyirəm ki, iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması bizə böyük uğurlar gətiribdir. 2003-cü ildən etibarən, Azərbaycanda çox böyük iqtisadi proqramlar icra olunmağa başlamışdır və bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üçün xüsusi konkret proqram olmasın. Hər bir istiqamət üzrə biz konkret iş cədvəli üzrə fəaliyyət göstəririk, hər istiqamət üzrə konkret proqramlar, onların maddi təminatı var, çox işlək icra mexanizmləri var. Bir sözlə, Azərbaycanın hərtərəfli inkişafı üçün bütün şərait yaradılıbdır".

2009-cu ilin Dövlət Büdcə layihəsi məhz bu prinsiplər əsasında formalaşdırılmışdır.

- Hal-hazırda dünyanı narahat edən problemlərdən biri də maliyyə böhranıdır. Sizcə, böhran Azərbaycana necə təsir edə bilər?

- Mən sizinlə tamamilə razıyam. Ekspertlərin fikrincə, indi dünya iqtisadiyyatı 2003-cü ildən etibarən ən aşağı səviyyəyə enib. Maliyyə böhranının əsas dalğası ABŞ, Fransa, Böyük Britaniya, İrlandiya, İsveçrə, Lüksemburq, Tailand, Yaponiya və İspaniyaya toxunub. Dəymiş zərər 11 trln. dolları ötüb. Bu isə Çin, Yaponiya və Almaniyanın illik ÜDM-in həcmi qədərdir. Bu da maraqlıdır ki, böhran Asiya qitəsinin digər ölkələri olan Çin, Hindistan və Vyetnamdan yan keçib.

Tənəzzülün səbəbləri kimi isə ABŞ-da ipoteka kreditləşdirilməsi sistemində böhranın yaranması və onun dalğasının digər ölkələrə də keçməsi göstərilir. Böhranın səbəblərindən biri isə son illər dünya iqtisadiyyatının anomal inkişaf sürətinin olması göstərilir. Bu il ABŞ-da iqtisadiyyatın inkişaf sürətinin 3%-dən 1,5-1,2%-ə enəcəyi proqnozlaşdırılır. Zərər çəkmiş nəhəng Avropa və ABŞ banklarının itkiləri 100 mlrd. dollara çatıb. Lakin bu rəqəmin 700 mlrd. dolları ötəcəyi proqnozlaşdırılır.

Büdcə hazırlanarkən təbii ki, dünya iqtisadiyyatında baş verən proseslər diqqətlə təhlil olunmuş, onların Azərbaycan iqtisadiyyatına bu və ya digər dərəcədə təsiri araşdırılmışdır.

Dövlət başçısı İlham Əliyev deyir: "Bu günlərdə dünyada yaşanan maliyyə böhranı da, demək olar ki, bir çox ölkənin iqtisadi potensialına zərbə vurubdur. Amma Azərbaycan özünü tam əmin hesab edir. Biz beynəlxalq xəbərləri izləyərkən görürük ki, dünyada nə qədər böyük narahatlıq var. Bu narahatlığı həm dövlət və hökumət nümayəndələri, həm adi vətəndaşlar ifadə edirlər, həm də vətəndaşların əmanətləri artıq təhlükə altındadır. Bir neçə ən böyük maliyyə qurumları, demək olar ki, iflic vəziyyətinə düşübdür və böyük maliyyə qurumları artıq dövlət nəzarəti altına keçirlər. Yəni bütün bunlar çox narahat edici hadisələrdir. Amma biz düşünülmüş siyasətlə və yaradılan güclü iqtisadiyyatla özümüzü bu böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı bu böhranı hiss edir. Bu, böyük nailiyyətdir və bir daha onu göstərir ki, bizim düşünülmüş iqtisadi siyasətimiz, risklərə çox ehtiyatlı yanaşmağımız ən düzgün siyasətdir".

Hesab edirəm ki, hökumətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində maliyyə böhranı respublikamıza hiss olunacaq təsir göstərməyəcəkdir.

- Məlumdur ki, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi baxımından büdcə gəlirləri mühüm əhəmiyyət kəsb edir. Xahiş edirəm, bir qədər də büdcə gəlirlərinin formalaşması barədə məlumat verəsiniz?

- Tamamilə doğru buyurursunuz. Əlbəttə, büdcə gəlirlərinin təmin edilməsində müvafiq strukturların rolu əvəzsizdir. Qanunvericilik səviyyəsində edilmiş dəyişikliklər də məhz bu məqsədə xidmət edir. Ölkədə vergi sistemində aparılan islahatlar, vergi intizamının möhkəmləndirilməsi, Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində son 5 ildə Vergilər Nazirliyi tərəfindən büdcə daxilolmalarının 6,6 dəfə artması təmin edilmişdir. Onun ÜDM-ə nisbəti 11,4%-dən 13,2%-ə qalxmışdır. Bu meyil özünü 2009-cu il büdcəsində də göstərir. 2009-cu il Dövlət Büdcəsinin gəlirlər hissəsinin 47,22%-ni vergi daxilolmaları təşkil edir. Nisbi kəmiyyət azalsa da, mütləq kəmiyyət baxımından bu 5 mlrd. 750 mln. manat olmaqla çox böyük rəqəmdir.

Vergi daxilolmalarının büdcədə xüsusi çəkisinin azalması da indiki mərhələdə obyektiv prosesdir. Daha doğrusu, Neft fondundan ayırmaların dinamikası ilə bağlıdır. Onu da vurğulamağı vacib sayıram ki, son 5 ildə Vergilər Nazirliyi tərəfindən büdcəyə daxil olan qeyri-neft gəlirlərinin 7,8 dəfə artması təmin edilmişdir ki, bu da orta daxilolma göstəricisindən yüksəkdir. Əlbəttə, belə bir dinamika ilk növbədə ölkədə aparılan islahatların, vergi sisteminin formalaşması, daima təkmilləşməsinin məntiqi nəticəsidir. Son 2 ildə bu sahədə atılan addımlar, vahid pəncərə sisteminin tətbiqi, ƏDV ilə bağlı tədbirlər və s. öz müsbət nəticələrini göstərir. Heç şübhəsiz, yaxın gələcəkdə vergi qanunvericiliyi daha da təkmilləşməli, mənfəət vergisinin, əlavə dəyər vergisinin dərəcələrinin dəyişilməsi istiqamətində əsaslı araşdırmalar aparılmalıdır. Vergi bazasını genişdirməklə, potensial gəlirlərin büdcəyə təmin edilməsi əmsalını yüksəltməklə ölkə iqtisadiyyatının inkişafına, sahibkarlıq mühitinin yaxşılaşmasına xidmət edən konsensusa nail olmaq mümkündür.

Artıq bir neçə ildir ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında heç bir ciddi problem yaranmır. Büdcə sistemi, Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, Bank fəaliyyəti, Sahibkarlıq fəaliyyəti haqqında və s. qanunların qəbul olunması və prezidentin sərəncam və fərmanları ölkənin iqtisadi inkişafı, azad bazar münasibətlərinin formalaşması üçün güclü zəmin yaratmışdır.

Həmçinin, real sektorun diversifikasiyası, daxili investisiya imkanlarının genişləndiyi şəraitdə yaradılan istehsal müəssisələrinin büdcə gəlirlərinin formalaşmasında müstəsna xidmətini də qeyd etmək yerinə düşərdi.

Regionların sürətli inkişafı ilə əlaqədar olaraq gəlirlərin formalaşmasında pozitiv meyillər özünü göstərir. Yerli gəlirlərin artım tempi 2003-cü illə müqayisədə 53,9% təşkil edib.

Nəticədə, 2008-ci ilə nisbətən 2009-cu il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən yerli gəlirlərin tənzimlənməsi üçün verilən vəsaitlərin xüsusi çəkisi 4,6% azalmışdır.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 137 mln. manat həcmində proqnozlaşdırılmışdır.

Layihədə həmçinin digər qeyri-vergi gəlirləri üzrə aşağıdakı mədaxil mənbələri göstərilir:

- dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı;

- dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar;

- xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar;

- səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividentlər;

- Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar;

- qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividentlər;

- büdcədən verilmiş kreditlər üzrə daxilolmalar;

- vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar.

Göstərilən mənbələr üzrə daxilolmalar, ümumilikdə, 2009-cu ildə 76,3 mln. manat məbləğində nəzərdə tutulmaqla 2008-ci ilin büdcəsinin gözlənilən icrasından 30,6% və ya 17,9 mln. manat çoxdur.

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı 2009-cu il dövlət büdcəsi layihəsində 4 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2008-ci il üzrə proqnoz məbləğinə bərabər olmaqla, 2007-ci ilin icrasından 52,7% və ya 1380,9 min manat çoxdur.

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 2009-cu ilin dövlət büdcəsi layihəsində 4,7 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2008-ci ilin gözlənilən icrasından 34,3% çoxdur.

Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividentlər üzrə daxilolmalar 2009-cu ilin dövlət büdcəsi layihəsində 46,2 mln. manat nəzərdə tutulmuşdur ki, bu da 2008-ci ilin müvafiq gözlənilən icra göstəricisindən 74,3%, 2007-ci ilin icrasından isə 3,3 dəfə çoxdur.

- Müasir şəraitdə gömrük siyasətini qənaətbəxş hesab etmək olarmı?

- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə hazırlıq mərhələsində ölkənin iqtisadi maraqları və təhlükəsizliyi baxımından səmərəli gömrük siyasəti mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamətdə son illər respublikada böyük işlər görülür, büdcə gəlirlərinin formalaşmasında gömrük sisteminin rolu artır. 2009-cu il üçün bu artım 17% müəyyənləşdirilib.

Hesab edirəm ki, yerli istehsalçıların maraqları və istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması nəzərə alınmaqla gömrük rüsumlarının dərəcələrinin çevik tənzimlənməsi davam etdirilməlidir. Onu da qeyd etmək lazımdır ki, malların idxalı zamanı gömrük siyasətinin ən vacib istiqamətlərindən biri xammal və investisiya yönümlü mallara daha əlverişli şəraitin yaradılması və idxal mallarının milli istehsalçılara mənfi təsirinin azalması ön plana çəkilməlidir. Yeri gəlmişkən, bir faktı qeyd edim:

Ekspertlər hal-hazırda davam edən dünya böhranının aradan qaldırılması səbəbləri kimi ÜTT çərçivəsində beynəlxalq ticarətin stimullaşdırılmasını göstərirlər. Lakin 2001-ci ildə ÜTT-nin Dohada keçirilən danışıqlarında ticarətin həcminin artırılmasına nail olunmadı. Ümid edilirdi ki, idxal tariflərini aşağı salacaq və kənd təsərrüfatının subsidiyalaşdırılmasını məhdudlaşdıracaq, inkişaf etməkdə olan ölkələr isə öz növbəsində sənaye məhsulları idxalı tariflərini aşağı salacaqlar. Bu yaxınlarda Fransanın balıqçılıq və kənd təsərrüfatı naziri bəyan etdi ki, Avropa Birliyinin 27 ölkəsindən 20-si ÜTT ekspertlərinin Doha danışıqlarındakı ticarətin liberallaşdırılması təklifini rədd ediblər. Səbəb isə bunun nəticəsində Avropa fermerlərinə ziyan dəyəcəyi qeyd olunur.

Mən bu fikri qeyd etməklə demək istəyirəm ki, biz də vətən əmtəə istehsalçılarının qorunması istiqamətində işlərimizi daha da canlandırmalıyıq.

- Müasir şəraitdə aktual məsələlərdən biri də dövlət borcudur. Bəzi ölkələrdə bu, həlli çətin olan problemlərə gətirib çıxarmışdır. Bəs bizdə vəziyyət necədir?

- 2009-cu il dövlət büdcəsində dövlət borcunun miqdarı, onun idarə olunması məsələsi də öz əksini tapmışdır. Onun həcmi 2,750 mlrd. dollar və ya ÜDM-in 5%-ni təşkil edəcəkdir. Bu, əlbəttə, məqbul səviyyədir. 2000-2003-cü illərdə bu rəqəm 21-22% arasında tərəddüd etmişdir. Əsas məsələ bu borcların səmərəli layihələrə yönəldilməsi, risklərin azaldılmasıdır ki, hökumət də bunu nəzərdə tutur. Eyni zamanda, müzakirələr zamanı məlum oldu ki, hökumət düzgün olaraq özəl sektor xətti ilə alınan borcların səmərəliliyi, risklərin azalmasına diqqəti artırır. Əlbəttə, burada da optimal nisbətin təmin olunmasına, daxili maliyyə resurslarının sahibkarlığın inkişafına yönəldilməsi üçün əlavə tədbirlər görmək imkanları vardır.

Dövlət büdcəsinin xüsusi çəkisi həqiqətən də dövlətin öz funksiyalarını yerinə yetirmək imkanları barədə fikir yürütməyə əsas verir. Dünya təcrübəsi göstərir ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə Dövlət Büdcəsinin ÜDM-də xüsusi çəkisi artır. Bu o deməkdir ki, büdcə vasitəsilə maliyyə resursları daha çox həcmdə sosial, ölkənin milli, iqtisadi təhlükəsizlik, infrastruktur layihələri və s. həllinə cəlb edilir. Son illərdə respublikada bu istiqamətdə böyük işlər görülür. Artan maliyyə imkanları səmərəli istifadə olunur. Bu göstəriciyə yönəldilən büdcə xərcləri artır ki, bu da sosial tərəqqini yüksəldir, keyfiyyətli həyat səviyyəsini təmin etmək üçün möhkəm təməl yaradır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, respublikada iqtisadi inkişafla

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır