AZE | РУС
 
FOTO QALEREYA
Müsahibələr
Yaranmış şəraitdən milli iqtisadiyyatın keyfiyyətli inkişafı üçün istifadə edilməlidir

Müsahibimiz Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi Siyasət daimi Komissiyasının sədri, akademik Z.Səmədzadədir

- Biz artıq XXI əsrin 9-cu ilini yaşayırıq. Bu dövrdə dünyada çoxlu hadisələr baş verib. Sizcə, Azərbaycan iqtisadiyyatını bu dövrdə, eləcə də başa çatmış 2008-ci ildə necə xarakterizə etmək olar?

Dünya hər ilin yekununa ciddi hazırlaşır. İlin əvvəlində də, yekununda da bir növ yeni ab-hava yaranır. XXI əsrin hər anı, ili o qədər zəngin hadisələrlə dolu olub ki, onların birini digərindən üstün qoymaq çətindir. Amma hamı iqtisadi nəticələrlə maraqlanır. Çünki insanların arzularının həyata keçməsi onların sosial-iqtisadi durumları ilə bilavasitə bağlıdır. Əlbəttə ki, burada əmin-amanlıq, sağlamlıq və s. kimi amillərin də rolu böyükdür.

Yola saldığımız 2008-ci il Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-cü ildə müəyyən edilmiş sürətli inkişaf strategiyasının həyata keçirilməsinin növbəti uğurlu mərhələsi kimi ölkəmizin çağdaş tarixinə daxil olmuşdur. 2008-ci ilin əhəmiyyəti bir də ona görə böyükdür ki, o həm də beşilliyin sonuncu ilidir. Ümumiyyətlə, iqtisadi dinamika baxımından beşilliyə yekun vurmaq vacibdir. Hesab edirəm ki, direktiv deyil, indikativ planlaşdırma olmadan iqtisadiyyatın və bütbövlükdə cəmiyyətin inkişafında qanunauyğunluqları müəyyənləşdirmək çətinliklərə gətirib çıxara bilər. Ona görə də gəlin söhbətimizə hər iki cəhəti nəzərə almaqla başlayaq.

2008-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 102,7 faiz icra olunmuşdur ki, bu da 2007-ci ilə nisbətən 79,2 faiz çoxdur.

2008-ci ildə də sosialyönümlü tədbirlər üzrə xərclərin maliyyələşdirilməsi diqqətdə olmuşdur. Bu məqsədlərə 2007-ci illə müqayisədə 38,4 faiz çox maliyyə vəsaiti sərf edilmişdir. Büdcə xərclərinin ÜDM-dəki xüsusi çəkisi 28% təşkil etmişdir ki, bu da əvvəlki illərə nisbətən xeyli yüksəkdir.

Ən ümumi makroiqtisadi göstərici olan adambaşına düşən ümumi daxili məhsulun həcminə və Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, manatın paritet qiymətlərində bu rəqəm 10000 ABŞ dolları (nominal rəqəm 6000 dollar) səviyyəsinə çatmışdır. Budur 2008-ci ilin əsas nəticələri və bütövlükdə beşillik bir dövrün başlıca yekunları.

Ölkə iqtisadiyyatının inkişafına qoyulmuş investisiyaların həcmi son beş ildə 38 milyard manat təşkil etmişdir. Bunun 16 milyard manatı daxili, 22 milyard manatı isə xarici investisiyalar olmuşdur. Diqqətəlayiq məqam budur ki, 2003-cü ildə daxili investisiyaların payı 25 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 75 faiz təşkil etmişdir.

2008-ci ildə ölkə Prezidenti əhalinin rifahının yaxşılaşdırılması, büdcədən maliyyələşən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrində, habelə dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əmək haqları, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği, minimum aylıq əmək haqqının, əmək pensiyalarının baza hissəsinin məbləğlərinin artırılması barədə sərəncamlar imzalamışdır.

Ötən il son çadır düşərgəsi ləğv edilmiş, beləliklə, ölkə Prezidentinin Azərbaycanda bir dənə də çadır düşərgəsi qalmayacağına dair tapşırığı tam icra edilmişdir. Ümumiyyətlə, son beş ildə 12 çadır şəhərciyi ləğv edilmişdir. Onların əvəzinə 36 yeni qəsəbə salınmış, onlarda 47 min nəfər məcburi köçkün məskunlaşdırılmışdır. Bu qəsəbələrdə 34 məktəb, 24 tibb məntəqəsi tikilib və insanların yaşaması üçün lazım olan digər tədbirlər görülübdür.

Çozsaylı faktları sadalamaq olar. Amma mən çoxlu rəqəmlərə müraciət etmək istəmirəm. Yaranmış ümumi mənzərə onu deməyə əsas verir ki, 2008-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olmuşdur.

- Bəziləri qeyd edirlər ki, hökumətin Milli Məclisin müzakirəsinə təqdim etdiyi hesabat düzgün tərtib olunmamışdır.

 

Mən qətiyyən bununla razı deyiləm. Tərtib olunmuş hesabatın təqdimatı, strukturu dünya təcrübəsinə uyğun olaraq hazırlanmışdır. Bütün dünya ölkələrində hökumətlər hesabat verərkən eyni parametrlərdən istifadə edirlər. Ölkə özünün inkişafı baxımından hər hansı bir bölməni əlavə edə və ya ixtisar edə bilər. Bu isə başqa söhbətin mövzusudur.

- Bildiyimiz kimi son illər ölkəmizdə infrastruktur layihələrinə xüsusi önəm verilir. 2008-ci ili də bu baxımdan zəngin il adlandırmaq olarmı?

İnfrastruktur layihələrinin sürətlə və keyfiyyətlə həyata keçirilməsi dövlətin iqtisadi siyasətinin mühüm istiqamətidir. Müasir infrastruktur olmadan inkişaf yoxdur. Bu baxımdan 2008-ci ildə də infrastruktur layihələrinin həyata keçirilməsi davam etdirilmişdir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində işlər uğurla gelir. 2009-cu ildə kəmərin istismara verilməsi ilə Bakının təmiz su ilə təminatı xeyli yaxşılaşacaqdır. Samur-Abşeron su kanalının, taxtakörpü su anbarının tikintisi davam etdirilir. Son beş il ərzində 4 aeroport tikilibdir: Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran beynəlxalq aeroportları. Bakını üç sərhədlə birləşdirən avtomobil yolları uğurla tikilir: Bakı-Rusiya sərhədi, Bakı-İran sərhədi, Bakı-Gürcüstan sərhədi. Bütün şəhərlərarası, kənd yolları təmir olunur. Bakı şəhərinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün böyük investisiya layihələri icra edilir.

2008-ci ildə meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisi və əsaslı təmirinə 268,2 milyon manat vəsait sərf edilmişdir. Həmçinin hesabat ilində Naxçıvan Muxtar Respublikasında və ölkənin digər rayon və şəhərlərində yenidənqurma və bərpa işlərinin aparılmasına 33 milyon manat vəsait ayrılmışdır.

2008-ci ildə nəqliyyat infrastrukturuna 1 milyard 582 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına ölkə ərazisində respublika əhəmiyyətli avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin, regionlarda çaylar üzərində körpülərin, yeni və mövcud metro stansiyalarının tikintisi və yenidən qurulması, habelə yeni gəmi-bərələrin və tankerlərin, dəmir yolu və metro vaqonlarının və ixtisaslaşmış avadanlıqların alışı həyata keçirilmiş, Lənkəran və Zaqatalada beynəlxalq statusa malik hava limanları istismara verilmişdir.

Bu proses bundan sonra da davam etməlidir. Çünki investisiya mühitini yaxşılaşdırmaq, təsərrüfat subyektlərinin normal fəaliyyətini təmin etmək, insanlar üçün lazımi, mən deyərdim ki, nümunəvi şərait yaratmaq vəzifəsi gələcəkdə də mühüm əhəmiyyət kəsb edəcəkdir.

- Beşilliyi yanacaq-energetika kompleksi dövrü kimi də qiymətləndirmək olarmı?

Artıq Azərbaycan cəmiyyətində nəinki qeyri-neft sektoru anlayışı, həmçinin onun sürətli inkişaf etdirilməsi zəruriliyi qəbul edilir. İqtisadçılar, siyasətçilər qeyri-neft sektorunun inkişaf dinamikası, strukturu barədə araşdırmalar aparır, problemin ildən-ilə daha böyük əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Axı təbii resursların istifadə həddi var. Ölkəmizin kifayət qədər neft-qaz ehtiyatları var. Onlar hələ 50-100 ildən çox vaxt ərzində istifadə olunacaq. Amma tarazlı inkişaf, müasir və gələcək dünyanın tələblərinə cavab verən iqtisadiyyat qurmaq üçün qeyri-neft sektoru sürətlə inkişaf etdirilməlidir. 6 il bundan əvvəl qeyri-neft sektorunun inkişafının prioritet istiqamət kimi müəyyən edilməsi öz bəhrəsini verməkdədir. Əldə olunan müsbət meyillər daha da gücləndirilməlidir. Amma bunun üçün də vasitələrdən biri ölkə iqtisadiyyatında mühüm rola malik olan yanacaq-energetika kompleksinin səmərəliliyinin yüksəldilməsidir. Bu baxımdan son 5 ilin yekunlarını uğurlu qiymətləndirmək olar.

2007-ci ilə qədər biz xaricdən ildə 4,5 milyard kubmetr qaz alırdıq və böyük məbləğdə vəsait ödəyirdik. Ancaq ondan sonra görülən tədbirlər nəticəsində biz idxaldan tamamilə imtina etdik. Baxmayaraq ki, bunu etmək o qədər də asan məsələ deyildi. Dünyada baş verən son hadisələr bir daha sübut etdi ki, əgər biz bu addımı atmasaydıq, onda enerji təhlükəsizliyimiz indi ciddi çətinliklərlə üzləşə bilərdi. Bu gün Azərbaycanda qaz hasilatı artır, biz özümüzü qazla təmin edirik, qazlaşdırmanı uğurla aparırıq və xaricə qaz ixrac edirik. 2003-cü ildə Azərbaycanda qaz hasilatı 5,5 milyard kubmetr idi, 2008-ci ildə isə 26 milyard kubmetr qaz hasil edilmişdir. Qazlaşdırma 2003-cü ildə 62 faiz idi, 2008-ci ildə 84 faiz təşkil edir. Son beş il ərzində 14 rayonun qaz təchizatı təmin olunmuşdur. Onlardan bir neçəsi heç vaxt, heç sovet dövründə də qaz almamışdır.

Ölkəmizin enerji təhlükəsizliyini və regionların elektrik enerjisinə və qaza olan tələbatını təmin etmək məqsədi ilə də iri miqyaslı tədbirlər həyata keçirilmişdi.

Çoxlu konkret faktları sadalağa ehtiyac yoxdur. Amma qətiyyətlə onu deyə bilərəm ki, son 5 il ölkənin yanacaq-energetika kompleksinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, respublikanın Avropanın enerji təhlükəsizliyi rolunda çıxış etməsi kimi yadda qalacaqdır.

- Ölkə prezidenti qeyri-neft sektoru və sənayenin inkişafına xüsusi fikir verilməsinin vacibliyini vurğulamışdır. Bəs, siz milli strategiyada dominant rola malik hansı sahələri qeyd edərdiniz?

70-ci illərdə Azərbaycan inkişaf etmiş sənaye-aqrar kompleksinə malik idi. Hesab edirəm ki, görülmüş tədbirlər nəticəsində respublikamız müasir tələblərə cavab verən sənaye-aqrar potensialı yaratmağa tam qadirdir. Narahatlıq doğuran məsələlər də var. Bu barədə dövlət başçısı hökumətə müvafiq tapşırıqlar verir. Söhbət ilk növbədə əlverişli təbii iqlim şəraitinə malik olan respublikamızda üzümçülük, meyvəçiliyin daha sürətlə inkişaf etdirilməsindən gedir. Biz pambıqçılığı optimal səviyyədə inkişaf etdirməliyik. Məhsuldarlığın yüksəldilməsi ön plana çəkilməlidir.

Son illər kənd təsərrüfatının inkişafı işində böyük tədbirlər görülübdür: "Aqrolizinq"in, aqroservislərin yaradılması, güzəştli şərtlərlə gübrənin, yanacağın verilməsi. Son beş il ərzində Azərbaycana dövlət xətti ilə 7 min kənd təsərrüfatı texnikası - traktorlar, kombaynlar, digər texnika gətirilib və icarə əsaslarla fermerlərə paylanılıbdır. Bu, böyük dəstəkdir və demək olar ki, texnika parkının xeyli hissəsi yeniləşdirilmişdir. Növbəti illərdə əlavə tədbirlər görüləcək, həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan vəsait ayrılacaqdır. Anbarlar tikiləcək, taxılın istehsalı üçün lazım olan əlavə tədbirlər görüləcəkdir.

Qeyri-neft sektorunun, o cümlədən aqrar bölmənin inkişafında son 5 ildə həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının misilsiz rolu olmuşdur. Bu dövr ərzində proqramın icrasına yönəldilən investisiyaların həcmi 6 milyard manat, o cümlədən 2008-ci ildə 2 milyard manat təşkil etmişdir. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən də regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi xeyli artmışdır. Belə ki, son beş ildə yüz minlərlə iş yeri yaradılmışdır ki, onun da 85-90 faizi regionların payına düşür.

Qeyri-neft sektoruna qoyulan investisiyalar son beş ildə 6,2 dəfə artmış və onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən, 2008-ci ildə 69 faizdən artıq olmuşdur. Bu da onu göstərir ki, hökumət iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində əməli tədbirlər həyata keçirməkdədir.

2008-ci ildə dövlət əsaslı vəsait qoyuluşunun ümumi məbləği 4,2 milyard manat təşkil etmişdir. Bu vəsaitlərin 60 faizə qədəri infrastruktur layihələrinə, 20 faizə qədəri isə sosialyönümlü layihələrə yatırılmışdır.

Hesab edirəm ki, ötən illərdən başlanmış layihələr daha keyfiyyətlə həyata keçirilməli, ərzaq təhlükəsizliyi proqramının icrası sahəsində isə səylər daha da artrılmalıdır. Bir sözlə, qeyri-neft sektorunun inkişafı yenə də prioritet məsələ kimi qalmalıdır.

- Dünya iqtisadiyyatına inteqrasiyanı qarşısına məqsəd qoymuş müstəqil Azərbaycan respublikası milli maraqlarını qoruya biləcəkmi?

2008-ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatının inkişafı əlverişsiz xarici mühit şəraitində davam etmişdir. Belə ki, dünyanın aparıcı iqtisadi gücü sayılan Amerika Birləşmiş Ştatlarının qeyri-standart və riskli ipoteka kreditləri bazarında hələ 2007-ci ildə yaranmış problemlər bir sıra maliyyə-bank və əmlak bazarı qurumlarını iflasa düçar edərək artıq 2008-ci ildə bütünlüklə ABŞ-da, sonradan isə Avropa və Asiya ölkələrində kəskin maliyyə böhranına gətirib çıxarmışdır. Dünya maliyyə böhranı aparıcı iqtisadiyyatlarda maliyyə-bank sektorunu sarsıtmış, bir çox nəhəng maliyyə qurumlarının iflasa uğraması, tam və ya qismən milliləşdirilməsi ilə nəticələnmişdir. Maliyyə böhranının törətdiyi fəsadlar iqtisadiyyatın real sektoruna mənfi təsiri gücləndirmiş, iqtisadi artım templərinin aşağı düşməsinə və nəticə etibarilə qlobal iqtisadiyyatın tənəzzül dövrünə keçməsinə, istehlakın və tələbatın qlobal miqyasda kəskin enməsinə səbəb olmuşdur.

Təkcə onu göstərmək kifayətdir ki, 2008-ci ilin sonuna dünyanın aparıcı fond birjalarının indeksləri dəyərini ən azı 40 faiz itirmişdir. İnkişaf etməkdə olan ölkələrin fond birjalarına dəyən ziyan isə daha güclü olmuş və bu birjaların indeksləri 50-75 faiz arasında aşağı düşmüşdür. Qlobal tələbatın azalması səbəbindən dünya əmtəə bazarlarında da kəskin qiymət ucuzlaşması baş vermişdir. Bu baxımdan ötən müddət ərzində neftin qiymətinin 4 dəfə, əlvan və qara metalların və digər əmtəə mallarının qiymətinin isə 2-2,5 dəfə ucuzlaşması xüsusilə vurğulanmalıdır.

Bunların nəticəsində bir çox sənaye müəssisələri istehsal həcmini əhəmiyyətli dərəcədə azaltmış və ya tam dayandırmış, habelə yük daşımalarının həcmi aşağı düşmüşdür. Tənəzzülün məntiqi nəticəsi olaraq həm maliyyə, həm də sənaye sektorunda çalışan işçilərin çoxsaylı ixtisarı qaçılmaz olmuşdur.

2008-ci ildə qlobal böhranın fəsadları Azərbaycan iqtisadiyyatına sirayət etsə də, qeyd edilməlidir ki, ölkə Prezidentinin tapşırığı ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində böhranın mənfi təsirləri ötən il ərzində ölkə iqtisadiyyatında praktiki olaraq hiss olunmamışdır. Bununla belə, son təhlillər göstərir ki, artıq bütün dünya ölkələrinin üzləşdiyi maliyyə və iqtisadi böhran ehtimal edildiyindən daha dərin, sarsıdıcı və uzunmüddətli olacaqdır. Ən optimal ssenarilərə əsasən onun yalnız 2010-cu ilin sonu, 20

MEDİA QALEREYA
VİDEO
  подробнее...
FOTO ALBOM
  подробнее...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Все права защищены. Сайт разработан  веб студией Lider