Müsahibimiz Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi Siyaət daimi Komissiyasının sədri, akademik Ziyad Səmədzadədir Ölkənin konstitusion əsaslarının möhkəmləndirilməsinə xidmət edən əlavə və dəyişikliklər Ziyad müəllim, indiki şəraitdə Azərbaycan Respublikasının konstitusiyasına ediləcək əlavə və dəyişikliklər hansı zərurətdən irəli gəlir? Suala keçməzdən əvvəl gəlin görək konstitusiyanın özü nədir və nə deməkdir? Konstitusiya latın sözü olub quruluş deməkdir. Konstitusiya dövlətin siyasi, hüquqi, iqtisadi sistemini özündə əks etdirən və insan hüquqlarını müəyyənləşdirən ali normativ-hüquqi aktdır. Konstitusiyalar yazılmış və yazılmamış olur. Yazılmış konstitusiyalar vahid hüquqi akt formasında olur və əksər dövlətlərin konstitusiyaları belə tərtib olunur. Yazılmamış konstitusiyalar isə müəyyən konstitusiya aktları toplusu formasında olur. Buna əsasən anqlo-saksonların (ABŞ istisnadır) konstitusiyalarını misal göstərmək olar. İlk konstitusiyanın indiki İrak ərazisində yarandığı məlumdur. Hüquqi sənədin özünün tapılmamasına baxmayaraq məlumdur ki, sənəd şəhər əhalisinin hüquqlarını tənzimləyirmiş. Bu akt e.ə. 2300-cü ildə şumer hökmdarı Uruinimqinom tərəfindən hazırlanmışdı. Lakin bizim dövrümüzə gəlib çatan ilk qədim konstitusiya isə Ur şəhərinə, e.ə. 2050-ci ilə aiddir. Hal-hazırda mövcud olan qədim konstitusiya 1600-cu ildə qəbul endilmiş San-Marinonun konstitusiyasıdır. Həmin hüquqi sənəd 1300-cü ildə qəbul edilmiş şəhər nizamnaməsi əsasında fəaliyyət göstərir. İlk nominal fəaliyyət göstərən konstitusiya aktı isə 1780-ci ildə Massaçuest ştatında qəbul edilmiş konstitusiya hesab olunur. Tarix boyu konstitusiya xalqın sabit və davamlı inkişaf yolunu beynəlxalq hüquq normaları əsasında formalaşdıran ali sənəd olmaqla yanaşı, ayrı-ayrı dövlətlərin siyasi sistemini müəyyənləşdirmiş ümumbəşəri demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına münasibətini özündə ehtiva etmişdir. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru müstəqillik idealına qovuşduqdan sonra dövlətçiliyin mühüm atributu olan milli Konstitusiyanı referendum yolu ilə qəbul etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, eləcə də insan hüquq və azadlıqlarının prioritetliyini özü üçün tam yəqinləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən əsas qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış və Azərbaycanın milli maraqlarına, dinamik və keyfiyyətli inkişafına, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyası artıq 5 ildir ki, İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Prezident seçkilərindən keçən beş il ərzində Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri dövründə respublikamızın iqtisadi qüdrəti daha da artmış, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Son 5 ildə ölkənin sürətli inkişafını təmin etmək məqsədi ilə milli maraqlara cavab verən investisiya siyasətinin təkmilləşməsi, real sektorun strukturunda keyfiyyət dəyişikliklərinin edilməsi, infrastruktur sahələrinin yenidən qurulması, iqtisadi inkişafın strateji resursu olan sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması, həyat səviyyəsini müntəzəm olaraq yüksəltmək fundamental vəzifələr kimi müəyyənləşdirilmiş və onların reallaşması təmin edilmişdir. 5 èë ÿðçèíäÿ Àçÿðáàéjàí èãòèñàäèééàòûíûí êå÷äèéè éîë þçöíöí ìèãéàñû, ÿùÿìèééÿòè âÿ éàðàòäûüû íÿòèjÿëÿðÿ ýþðÿ þëêÿ òàðèõèíäÿ ÿâÿçîëóíìàç bèr dövr kimi qiymətləndirilə bilər. Ñîí 5 èëi Àçÿðáàéjàíûí áèëàâàñèòÿ òÿøÿááöñö âÿ èøòèðàêû èëÿ ùÿéàòà êå÷èðèëÿí òðàíñìèëëè və irimiqyaslı infrastruktur ëàéèùÿëÿðèíin äþâðö êèìè äÿ õàðàêòåðèçÿ åòìÿê îëàð. Məhz belə bir inkişafın nətijəsidir ki, Dünya Bankı ilə onun mühüm struktur vahidi olan Beynəlxalq Maliyyə Korporasiyasının dünya bölgələrində biznes mühitinə dair "Doing Business - 2009" hesabatında Azərbayjan 181 ölkə arasında bir nömrəli islahatçı ölkə elan olunub. Áó ìÿñÿëÿíè ýÿëÿjÿê ö÷öí äÿ âàjèá ñàéàí äþâëÿò áàø÷ûñû äåìèøäèð: «Biz çalışmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Baxmayaraq ki, bu nailiyyətlər də çox böyükdür, ancaq biz irəliyə baxmalıyıq, gələcəyə baxmalıyıq. Azərbaycanın uğurlu inkişafını təmin etmək üçün, Azərbaycanda bundan sonra da sabit inkişafı təmin etmək üçün, Azərbaycan xalqının bundan sonra da təhlükəsizlik şəraitində yaşaması üçün biz hər gün çalışmalıyıq. Bir daha demək istəyirəm ki, iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması bizə böyük uğurlar gətiribdir. 2003-cü ildən etibarən, Azərbaycanda çox böyük iqtisadi proqramlar icra olunmağa başlamışdır və bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üçün xüsusi konkret proqram olmasın. Hər bir istiqamət üzrə biz konkret iş cədvəli üzrə fəaliyyət göstəririk, hər istiqamət üzrə konkret proqramlar, onların maddi təminatı var, çox işlək icra mexanizmləri var. Bir sözlə, Azərbaycanın hərtərəfli inkişafı üçün bütün şərait yaradılıbdır". Hüquq cəmiyyətin iradəsinin sanksiyalaşdırılmış forması olduğundan, ictimai həyatın ən müxtəlif sahələrində özünü göstərən yeniliklər onun xarakterində təkmilləşmə və müasirləşməni obyektiv zərurət kimi ortaya çıxarır. Eləcə də iqtisadi inkişaf tempinə adekvat olaraq insanların demokratik-siyasi şüurunda baş verən kardinal dəyişikliklər cəmiyyətin hüquqi bazasının əsasını, istinad mənbəyini təşkil edən Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsinə obyektiv tələbat yaradır. Bu baxımdan, Azərbaycan Konstitusiyasına hələ 2002-ci ilin 24 avqustunda ümumxalq referendumu əsasında edilmiş bir sıra dəyişikliklər cəmiyyətin sosial sifarişindən, ictimai münasibətlər sisteminin xarakterindən irəli gəlirdi. Azərbaycan Respublikasının beynəlxalq birliyə inteqrasiyasının güclənməsi, habelə hüquqi-siyasi sahələrdə əhəmiyyətli dəyişikliklərin baş verməsi cəmiyyətin fundamental hüquqi əsasını təşkil edən Konstitusiyanın özünün də təkmilləşdirilməsini aktual məsələyə çevirmişdi. Əgər Əsas Qanuna dəyişiklik tarixi zərurətdən, ictimai tələbatdan irəli gəlməklə proqressiv nəticələrə imkan yaradırsa, yalnız onun sabitliyini və dəyişilməzliyini əsas gətirərək qanunvericilik islahatlarından imtina etmək heç bir halda mütərəqqi addım kimi qiymətləndirilə bilməz. Ona gşrə də konstitusiysya ediləcək dəyişikliklər obyektiv reallığı əks etdirir. Konstitusiyanın 12-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik özündə nəyi ehtiva edir? Konstitusiyanın 12-ci maddəsinə aşağıdakı redaktədə dəyişiklik edilməsi nəzərdə tutulur: «Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir». Hamımıza məlumdur ki, 90-cı illərin əvvəllərində bütün postsovet məkanında olduğu kimi Azərbaycanda da böhran şəraiti qalmaqda idi. Belə olan şəraitdə dövlət hər şeydən əvvəl əhalinin minimal həyat şəraitini təmin etməli idi. Lakin yuxarıda bildirdiyim kimi əldə olunmuş nailiyyətlər bizə imkan verir ki, əhalini layiqli həyat səviyyəsi ilə təmin edək. Buradan aydın görünür ki, belə dəyişikliyin edilməsi günün tələbidir və tarixi zərurətdir. İndi isə gəlin görək layiqli həyat səviyyəsi dedikdə nə başa düşülür. Layiqli həyat səviyyəsinin öyrənilməsi və tətbiqi XX əsrin sonlarında Kanada, Böyük Britaniya və İsveç kimi inkişaf etmiş ölkələrdə yayılmağa başlayır. Dövlət səviyyəsində belə standartların, indekslərin müəyyənləşdirilməsi qanunvenricilik bazası əsasında həyata keçirilir. Bunlara əsasən 3 blok indikator komplekslərini aid edirlər. Birinci blok indikator kompleksləri özündə əhalinin sağlamlığını və demoqrafik vəziyyətini əks etdirir. Bura doğum səviyyəsi, ömür müddəti, təbii artım kimi göstəricilər aiddir. İkinci blok indikatorlar kompleksi əhalinin fərdi həyat şəraiti ilə təminatını (yaşayış və iş yerinin olması və ərzaq ilə təminat səviyyəsi), dövlətin fəaliyyətindən sosial razılığı (hakimiyyətin ədalətliliyi, təhsil və səhiyyə ilə təminat səviyyəsi, təhlükəsizlik, ekoloji təminat) əks etdirir. Bu göstəricilər sosioloji sorğu əsasında aparılır. Əks göstərici isə özünə qəsd hallarının miqyası ola bilər. Üçüncü blok indikatorlar kompleksi isə cəmiyyətin mənəvi səviyyəsini əks etdirir. Cəmiyyətin mənəvi səviyyəsi innovasiya layihələrinin həyata keçirilməsi xüsusiyyətləri, spektri, sayı ilə xarakterizə olunur və mənəvi dəyərlərin pozulması səviyyəsi ilə ölçülür. Əlbəttə ki, buraya statistik göstərici kimi ölkədəki cinayətkarlığın səviyyəsini, ümumi psixoloji mühiti, atılmış uşaqların və valideynlərin sayını aid etmək olar. Bu göstəricilərin aşağı olması həmin cəmiyyətin əxlaqi dəyərlərinin lazımi səviyyədə olmaması anlamına gəlir. 1990-cı ildə BMT tərəfindən insan potensialının inkişafı indeksi termini qəbul edilmişdir. Hal-hazırda hər bir sivil dövlət bu göstəricinin müəyyən etdiyi tələblərə uyğunlaşmağa çalışır. Həmin göstəriciyə ömür müddəti, təhsil və səhiyyə səviyyəsi, milli valyutanın alıcıldıq qabiliyyəti nəzərə alınmaqla adam başına düşən ÜDM və s. aid edilir. Beləliklə, aparılmış araşdırmalar belə qənaətə gəlməyə əsas verir ki, ailələrin istehlak xərclərində ərzaq məhsulları xərcləri yüksək xüsusi çəkiyə malikdir. Aztəminatlı və yoxsul ailələrdə, bu, xüsusilə yüksək faiz təşkil edir. İlk baxışda belə bir təsəvvür yaranır ki, bunun mənfi nəticəsi yoxdur, ölkə vətəndaşları daha çox ərzaq məhsulları alır və qidalanırlar. Məsələ ilə daha yaxından tanış olduqda, əhalinin gəlirlərinin böyük hissəsinin ərzaq məhsullarına xərclənməsinin səbəbini onların gəlirlərinin kifayət qədər olmaması ilə bağlı olduğunu görmək çətin deyildir. Dünya təcrübəsində bu cür vəziyyət anormal hesab edilir və inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə, o cümlədən də ABŞ-da əhali gəlirlərinin cəmisi 25,0%-i, Qərbi Avropa ölkələrində 20%-i, Yaponiyada isə 25-30%-i ərzaq məhsullarına xərclənir. Bu göstərici respublikamızda 60%-dən çoxdur. ABŞ-ın Səhiyyə Nazirliyinin araşdırmalarına görə, normal istehlak üçün ərzaq məhsullarına çəkilən məsrəflər əhali gəlirlərinin 1/3-ni təşkil etməlidir. Məlumatlardan da göründüyü kimi, dünyanın inkişaf etmiş ölkələrində demək olar ki, bu prinsipə əməl olunur və əhali gəlirlərində ərzaq məhsullarına çəkilən məsrəflərdən çox az fərqlənir. Bu hər şeydən əvvəl onu sübut edir ki, bu ölkələrdə əhalinin tələbatları, istehlak mədəniyyəti kifayət qədər yüksəkdir və buradan da ərzaq məhsullarına çəkilən xərclərin əhalinin gəlirlərində xüsusi çəkisi o qədər də yüksək deyildir. Həmçinin, qeyd olunan ölkələrdə tələb amili ilə yanaşı əhalinin gəlirləri də Azərbaycanla müqayisədə dəfələrlə yüksəkdir. Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən əksər MDB ölkələrində də vəziyyət Azərbaycanda olduğundan çox az fərqlənir. Məsələn, Belarusiyanın, Qazaxıstanın və Rusiyanın statistik məlumatlarına nəzər salsaq görərik ki, bu ölkələrdə aztəminatlı əhali istehlak xərclərinin 60-90%, təmin olunmuş əhali 42%, yüksək təminatlı əhali isə 25-30%-ni ərzaq məhsullarına xərcləyir. Məlumatlardan göründüyü kimi qeyd olunan MDB ölkələrində yalnız yüksək təminatlı əhalinin istehlak xərclərinin quruluşu inkişaf etmiş ölkələrin orta təminatlı əhalisinin istehlak xərclərinin quruluşu ilə müqayisə edilə bilər. Konstitusiyada qeyd olunan düzəlişin edilməsi Azərbaycanın göstəricilərini də inkişaf etmiş ölkələr sırasına çatdırmaq mədsədi daşıyır. Konstitusiyaya edilən digər dəyişikliyə görə dövlətimizin sosial yönümlü cəmiyyət qurmaq niyyəti aydın şəkildə öz əksini tapır. Bu dəyişikliyə də münasibət bildirməyinizi xahiş edərdik. Həqiqətən də, 15-ci maddədə nəzərdə tutulan dəyişiklik aşağıdakı kimidir: «Azərbaycan dövləti bazar imünasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır». Sosial yönümlü bazar iqtisadiyyatı modelinin tələblərindən biri ondan ibarətdir ki, nə dövlət, nə də özəl sektor iqtisadiyyat üzərində tam hakimiyyətə malik olmasın və son nəticədə əhaliyə xidmət etmiş olsun. Bu qarışıq iqtisadi modeldə güclülərin zəiflərə kömək etməsi nəzərdə tutulur. Bu zaman dövlətin əsas funksiyası rəqabət, ticarət və gəlirlərin bölgüsündə ədalət prinsipinin qorunub saxlanmasına nəzarət etməkdən ibarətdir. Kapitalizm və sosializmə alternativ olan belə bir konsepsiya Almaniyanın iqtisadiyyat naziri və sonralar federal kansleri olan Lüdviq Erxardda məxsusdur. Modelin banisi isə iqtisadçı Alfred Müller-Armark olmuşdu. Frants Byom, Valter Oyken, Frants Oppenqeymer, Vilhelm Ryomke də həmçinin modelin inkişafına öz töhfələrini vermişlər. II Dünya Müharibəsindən sonra Almaniya sənaye istehsalının 80%-ni itirmişdi. Şərqi Almaniyada (ADR) sosializm quruluşu yaradılmaqda idi. Qərbi Almaniya isə yeni ədalətli bazar itqtisadiyyatı qurmaq istəyirdi. Məhz bu model əsasında inkişaf edən AFR qısa müddət ərzində bütün Avropada qabaqcıllar sırasına qalxdı və lider ölkəyə çevrildi. Azad bazar və mərkəzi idarəetmə iqtisadiyyatı arasında proporsiyanı gözləyən bu konsepsiya qısa zaman kəsiyində böyük nailiyətlər əldə etməyə imkan verir. Bu konsepsiya 3 prinsipə əsaslanır: fərdi müvəffəqiyyət və sosial ədalət, subsidiyalaşdırma və həmrəylik. Bildiyimiz kimi yaradıldıqları zamanı bütün insanlar bərabər olsalar belə (hətta digər amillər nəzərə alınmazsa), insanlara verilən bacarıq və qabilliyətə görə onlar bir-birindən kəskin fərqlənirlər. Əgər onlar sahib olduqları bilik, bacarıq və qabiliyyətlərə görə maddi nemətlərə sahib olsaydılar, onda bu halda da qeyri bərabərlik meydana çıxardı. Hamı eyni yaddaşa, müəyyən həvəsə, səyə malik deyil və insanlara tənbəllik xasdır. Digər tərəfdən əgər bütün məsələlərdə ədalət prinsipi əsas götürülsəydi (bütün yaradılmışların bərabər yaşamaq haqqı var), onda insan cəmiyyətində stimul hissi mə |